RAMIL SEFEROV

27 Fevral , 2008 Yazar: admin  

ramil-usubov.jpg

1469 gun-4 il 7 gun- Bəziləri üçün qısa, bəziləri üçün isə uzun görünən bu rəqəm Ramilin həbsdə olduğu günlərin sayıdır. Bəli, bu gün Ramilin həbsindən nə az, nə çox düz 4 il keçib.19 fevral ədalətsiz qərarla Ramil ömürlük həbs cəzasına məhkum edilib. Səbəb: bir nəfəri qətlə yetirdiyinə görə… Ən acınacaqlısı odur ki, Ramil haqda hökm çıxarılarkən xüsusi diqqət çəkən heç bir məsələ nəzərə alınmadı.İki nəfəri qətlə yetirib, 3 nəfəri yaralayan Krikor Levonyan və Rafi Elbekyana 15 il həbs cəzası verildi. K.Levonyan isə cəmi 3 ildən sonra azadlığa buraxıldı.

Terror aksiyası nəticəsində 8 nəfərin həyatına son qoyub, 60 nəfərin yaralanmasına səbəb olan V.Qarabedyan isə ömürlük cəza almasına baxmayaraq 15 il sonra azad olundu.

Məşhur terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri Monte Melkonyan terror aksiyası törətdiyindən həbs edildi. O zaman məhkəmə ona sadəcə 6 il iş verməklə kifayətləndi.Onun azad olunması tələbi ilə ASALA 15 terror aksiyası törətdi. Melkonyan 5 il sonra azadlığa çıxdı.

Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Maraqlı cəhət ondan ibarətdir ki, bu insanlara məhkəmə sonsuz güzəştlər edərkən onların affekt vəziyyətində olmalarını, tarixdə heç baş verməmiş “Erməni soyqırımı”ndan təsirləndiklərini əsas götürürdülər. Amma nədənsə dünya bu gün böyük Türk millətinin bir əsrdə məruz qaldığı 3 dəhşətli soyqırımı (1915, 1918, 1992) nəzərə almır. Hansı ki onlardan biri- 1992-ci il Xocalı soyqırımı Ramilin necə deyərlər “müasiridir”. Bundan başqa onun vətənini, yaxınlarını itirməsi ona təsir edə bilməzdimi? Türkün ürəyi, düşüncəsi, hissləri yoxmu? 2 və daha artıq insanın ölümündə, onlarla insanın yaralanmasında, zərər çəkməsində günahkar olan, məşhur terrorçu qruplaşmaların üzvü olan insanlar uzaq başı 15 il həbs cəzası ilə cəzalandırılarkən, millətinə qarşı dəhşətli soyqırımın şahidi olmuş, vətənini, yaxınlarını itirmiş və üstəlik bu iyrəncliklərin günahkarı olan ordunun zabiti tərəfindən özünə, bayrağına təhqirlər görən birinə ömürlük həbs cəzası verilməsi və 30 il müddətində bütün amnistiya, əff etmə şanslarından məhrum edilməsi tükürpədici deyilmi???

Amma “İnsan ümid etdiyi müddətcə yaşayır” deyirlər. Yaşayırıq,ümid edirik.Haqq-ədalətin bərqərar olacağına ümid edirik. Amma bu ümidlə və bəzən də ümidsizliklə Ramilsizliyin 4-cu ilini də başa vurduq. Salam, məhbusluğun və Ramilsizliyin 5-ci ili!

Yas ferqi

27 Fevral , 2008 Yazar: admin  

Həmyaşıd : sizin əsas dayağınız səbr, səbr, yenə də səbrdir. Çünki ikiniz də bir böyüyürsünüz. Bu sevgi münasibəti əkiz tayla birgə həyata bənzəyir, əksər hallarda sonu ayrılıq olur. Əgər ailə qurulubsa, onda xilas yolu daha çox ümumi maraqlar, işbirliyi tapmaqdır.

1-2 yaş fərqi: sizə ancaq həsəd aparmaq olar. Çünki ən ideal yaş həddindəsiniz. Əgər üstəlik, qarşı tərəfə hörmət edib, onu hər kəsdən üstün tutsanız, tam harmoniya və uzunömürlü nikaha nail ola bilərsiniz.

3 yaş fərqi : sizi çətin sınaqlar gözləyir. Problemləri bir-biriniz üçün özünüz yaradırsız. Birgəliyiniz rəqabət və həyatda nəyəsə nail olmaq üzərində qurulub. Elə buna görə də bu nikah çox stabil olur.

4 yaş fərqi: Sizi bəxtigətirən hesab etmək olar. Bu münasibətlər uğurlu və sabitdir.

5 yaş fərqi: «qaniçən» aravuran. Biri aparıcı olacaq, digəri tabeçi. Əgər hər ikisi öz rolundan razı qalsa, problemlər də az olacaq. Yox, əgər nə vaxtsa kimsə boyunduruqda qalmaqdan bezib, üsyan etsə, onda çox ağır sonluq ola bilər. Bu nikahı dağıtmaq da çətin olacaq, davam etdirmək də…

6 yaş fərq: birgə keçən illər müxtəlif sınaqlar, təcrübələrlə bol olacaq. Güzəştə getməkdən imtina acı ayrılığa gətirib çıxaracaq.

7 yaş fərqi: sirli, müəmmalı birlikdir. 7 mistik rəqəmdir. Yalan və həqiqətin mübarizəsi gedəcək. Bir-birinizə nə qədər yalan desəniz də hərdən xoşəgəlməz işlər baş versə də ayrılmaq istəməyəcəksiz. Çünki bir yerdə xoşbəxtliyinizi tapmısız.

8 yaş fərqi: çox məsləhətli, maraqlı və uğurlu yaş həddidir. Bar verən ailənin sahibi olacaqsız.

9 yaş fərqi: çox kritik fərqdir. Çətin qurulan və mürəkəb ailələrdən biridir. Həyat zərbələri çox olacaq.

10 yaş fərqi: sizdən fasiləsiz olaraq təkmilləşmə, öz üzərinizdə işləmək və səbr tələb olunur. Bir yerdə həyat sürmək üçün cəhd edin, çətinliklərə sinə gərin və özünüzə sübut edin ki, 10 yaş fərqli insanla xoşbəxtliyə çatmaq həyatın möcüzəsidir.

11-12 yaş fərqi: bu yaş həddi cütlüyə ağır günlər, qəlb ağrısı və məyusluq gətirəcək. Bu nikah yalnız ekstrem vəziyyətləri sevən, azad, dəlisov insanlarda alına bilər.

13-15 arası yaş fərqi: dağıdıcı təsiri böyükdür. Əgər özünüzə aid hər şeydən vaz keçib, həyatınızı sevdiyinizə həsr etməyi bacarırsızsa, onda irəli… Əgər yox, …o zaman təəssüf.

16-20 yaş fərqində: adətən, çox harmonik nikahlar alınır. Qarşılıqlı anlayış, rahat ailə ocağı, çətin anda dayaq… Taleyin bəxşişini qoruyun, vəssəlam.

Xocali faciesi

27 Fevral , 2008 Yazar: admin  

1988-ci ildən başlamış ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

86fb8c504c0f.jpg

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli Azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.

Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular�

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. ermənilər hətta meyitləri də təhqir etmişlər�
c9a2b776638d.jpg

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı “Xocalı Soyqırımı” ilə əlaqədar xalqa müraciət edir

Yekun nitqi

Əziz bacılar, qardaşlar, dostlar!

Bu gün vətənimizdə, ölkəmizdə matəm günüdür. Xalqımız, Azərbaycanın vətəndaşları Xocalı soyqırımının On altınçı ildönümünü yaşayaraq, qeyd edərək eyni zamanda Xocalı faciəsini, soyqırımını dərin hüznlə yad edirlər. Bu gün hamımız Xocalıda soyqırımı nəticəsində həlak olanlara, xəsarət alanlara, şikəst olanlara, əsirlikdə qalıb hələ xəbəri bilinməyənlərə - hamısına dərin hörmət və ehtiramımızı bildiririk. Bütün xocalılara onlarla bir yerdə olduğumuzu bəyan edirik.

Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir. Ona görə də bu gün bütün ölkəmizdə kədər günü, hüzn günüdür, matəm günüdür. Bütün həlak olanlara bir daha Allahdan rəhmət diləyir və xocalılara, bütün Azərbaycan xalqına başsağlığı verirəm. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu, Azərbaycan xalqının matəmidir.

Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli, müdhiş gecəni yaşamış, ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrurdurlar, mərddirlər. Hər biri vətən qayğısı, vətən, torpaq eşqi ilə yaşayır. Bu, xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir. Xocalıların bu yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqının mənəvi keyfiyyətlərini əks etdirir. Amma xocalılar hamı üçün örnəkdir, nümunədir - qəhrəmanlıq, mərdlik, mətanətlilik nümunəsidir, eyni zamanda vətənpərvərlik nümunəsidir.

Göz yaşı içində inləyir Vətən,

Yurdumun sinəsi dilim-dilimdir.

Ayaqlar altında əzilən, itən

Ərliyim, qeyrətim, igidliyildir.

Xocalını müdafiə etmək üçün cəmi 150 nəfərlik döyüşçü dəstə vardı. Qarlı dağ yolları ilə şaxtalı gecədə canını götürüb qaçan qadın, uşaq, yaşlılar yolda da erməni yaraqlıları tərəfindən tutularaq öldürüldülər. Ermeni-rus cəlladları hətta ölüləri də təhqir edir, onları eybəcər şəklə salırdılar.

39ed1a038a86.jpg

Bu qədər şəhid vermiş Xocalı yenə də qəhrəmanliq göstərdi, əli silah tutan xocalilar əsgərlərimizlə yanaşı son ana qədər şəhəri bacardıqları qədər müdafiə etdilər. Aylarca top-tüfəng altında yaşayan Xocalı camaatı canıyla-qanıyala bağlı olduğu bu torpağı asanlıqla tərk etmək istəmirdilər. Xocalılar duşmənlərinin bu qədər qəddar olacaqlarını hardan bilə bilərdilərdi ki? Xocalı ermənilər tərəfindən mühasirəyə alındıqdan sonra da dağ yolu, meşələrin içi ilə keçib Ağdama və başqa əmin yerlərə qaça bilərdilər. Xocalının sağ qalan əhalisi bu gizli yollarla qaçıb canlarını qurtara bilmişdilər. O zamankı hakimiyyətin xocalıları gəlib xilas etmək haqda yalan və�dələr verməsi və əliyalın dinc əhalini müdafiəsiz qoyması isə bir milli faciə idi.

Xocalı soyqırımı ilə qan yaddaşımız təzələndi. Tarix kitablardan oxuduğumuz, eşitdiyimiz soyqırımının əslində nə olduğunu, xalqımızın erməni faşistləri tərəfindən necə vəhşicəsinə məhv edildiyini biz bir daha Xocalı faciəsində gördük. Bizi bu faciədə bu qədər yandırıb-yaxan isə, bu hadisələrin indi əmin-amanliq içərisində yaşayan sivil dünyanın, guya haqq-ədalət carçısı olan beynəlxalq təşkilatların gözləri qarşısinda baş verməsi idi. Onlarsa baxıb sadəcə susurdular…

4b667b0414ca.jpg

Bu gün biz hələ də böyük ürək ağrısı ilə qeyd etməliyik ki, bu görünməmiş soyqırımını dünyaya yetəri qədər çatdıra bilməmişik. Öz dərdimizi özümüz deyib özümüz ağlamışıq. Bu dəhşətli Xocalı soyqırımı ilə, topraqlarımızın 20%-nin işğal olunmasi ilə, 1 milyon soydaşimızın ata-baba torpaqlarından didərgin duşməsi ilə - bütün bunlarla hələ də Qarabağ məsələsində dünya ictimaiyyətinə kimin haqlı, kimin haqsız olduğunu subut edə bilməmişik.

Tezliklə bu ədalətsizliyə son qoyulmasına ümid edirik. Bu işdə hər birimiz boynumuza düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik. Yoxsa Xocali qurbanlarinin ruhu bizi bağışlamaz!!!!!!!

· 613 Şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi.

· 487 nəfər yaralandı.

· 8 ailə bütövlükdə məhv edildi.

· 25 azyaşlı uşaq hər iki validəynini itirdi.

· 130 uşaq validəynlərindən birini itirdi.

· 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.

· 1000 nəfərdən çox şəhər sakini əlil olub.

· 1275 nəfər əsir və girov götürüldü.

· Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək mə�lum dəyil…

Xocalımın dərdi kimi dərd hanı

Şəhidlərin ruhu gəzir dünyanı.

Almayınca hər bir qana on qanı,

Atsalar da alovların dilinə,

Bu dərd ilə can vermərəm ölümə!

ALLAH Şəhid olanlara Rəhmət eləsin, Ailələrinə də Hüzur versin !

Joy.az_a tesekkurler.

Xocali soyqirimi

27 Fevral , 2008 Yazar: admin  

Bu movzuda nese yazmaq mene cox cetindi.Xocali soyqirimi Azerbaycanin qara lekesidir.Minlerle insanimizin qetle yetirilmis,yuzlerle insanimizin yurdlarindan didergin dusmusdur.Xeyal-meyal yadima dusur.Insanlarin goz yaslari,feryadlari hele de qulagimdadir.Hemin illerde biz Xocali da olmasaq da her seyi oldugu kimi esidir ve gorurduk.Ermenilerin amansizcasina toretdiyi bu cinayet hamini gozu qarsisinda bas verse de hec kes buna hele indiye kimi cavab vere bilmemisdir.Biz hele de o lekenin altinda ezilirik.Ermenilerin bizim mahnilarimizi,adlarimizi bir sozle her seyimizi zebt etmeleri hele de davam edir.Biz helede SEHIDLERIMIZIN intiqamini ala bilmemisik.Ermenilerin bu hereketlerini butun dunya gorur ama neye gore hami buna bigane yanasir.Sebeb nedir?Bunun cavabini hec kes vere bilmir.Cunki bu sullarin cavabi umumiyyetle yoxdur.Halbuki tarixde Ermenistan adli hec bir  dovlet olmayib?Ermenistan erazisi de Azerbaycana mexsus olub.200 min kv/km  olan Azerbaycan indi 86,6 kv/km qalib.387-ci ilde Ermenistan(Armeniya) Roma ve Sasaniler arasinda bolunenden sonra tarixde umumiyyetle Ermenistanin adi cekilmir.Bes indi niye hec bir koku bilinmeyen

bir dovlet,eslinde dovlet de demek olmaz bir qurum bizim torpaqlara sahib cixir?Buna da bir dayan demek lazim deyilmi?

Bakıda misli görülməmiş tikinti proyekti

24 Fevral , 2008 Yazar: admin  

 1203838111_1.jpg

Bakıda “Bədirlənmiş Ay Körfəzi” və “Aypara Sarayı” adlı iki göydələn inşa ediləcək. Cənubi Koreyanın “Heerim Architecs” şirkəti dünyada ilk dəfə olaraq çoxmərtəbəli bina tikintisi konsepsiyasını və belə tikililərin memarlıq üslubunu dəyişərək paytaxtımızda analoqu olmayan kompleks inşa etmək niyyətindədir.
Şəhərin Şərqə mənsub olduğunu vurğulamaq üçün “Bədirlənmiş Ay Körfəzi” (Full Moone Bay) və “Aypara” sarayının da yer alacağı “Kaspi Plyus” (Caspian Plus) kompleksləri Bakı buxtasının qərb və şərq künclərində inşa ediləcək.
Layihənin maraqlı cəhəti odur ki, indiyədək yalnız Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilən inşaat texnologiyası Bakıda təkrarlanacaq. Belə ki, Dubaydan sonra Bakı, dəniz sahilində göydələnin inşası üçün süni ada yaradılacaq ikinci şəhər olacaq.

1203838111_3.jpg
“Ay” binaları Bakı buxtasına girişdə yaradılacaq və qonşu olacaq iki adada tikiləcək.
“Bədirlənmiş Ay Körfəzi” faktiki olaraq yumru disk və yuxarı künclərindən birində dəlikli binadır. Ecazkar memarlıq həlli sayəsində binanın görünüşü ona hansı tərəfdən baxıldığından asılı olaraq dəyişəcək. Məsələn, şimaldan baxılanda bina parlaq şüşə göydələn, şərqdən yastı və yuxarı küncü dəlik dairə, qərbdən - üçkünclü hündür bina, cənubdan isə bədirlənmiş aya oxşayacaq.
Bu binanın ön tərəfi Corc Lukasın “Ulduz Savaşları” filmindəki “Ölüm Ulduzu”nu təkrarlayır, yan tərəfdən isə banana bənzəyir.
Binanın dəyişən görkəmi müxtəlif kompotentlərdən istifadə sayəsində mütəhərrik memarlıq üslublu, indiyədək dünyada yalnız Birləşmiş Ərəb Əmirlikləri və Malayziyada inşa edilmiş tikililərdə olduğu forma kəsb edəcək.
Ön tərəfdən bina diaqonal qəfəsvari struktura malik olacaq, arxadan isə altıgüşəli şanalarla örtüləcək.
Kompleksdəki əsas bina olacaq “Bədirlənmiş Ay Körfəzi” 382 nömrəlik, 104182 kvadrat metr ümumi sahəyə malik 35 mərtəbəli lüks hoteldir. Burada bəzi nömrələr “kral” tipli olduğundan, çox böyükdür.
Binanın ümumi hündürlüyü isə 158,68 metr təşkil edəcək.
Hotel binanın sərhədləri ətrafında ilan kimi qıvrılan podium tipli tikili vasitəsilə “Küləklər Sarayı-1″ və “Küləklər Sarayı-2″ adlanacan iki yaşayış binası ilə bağlanacaq.
“Bədirlənmiş Ay Körfəz”inin “əkiz qardaşı” isə aypara formasında olacaq “Kaspi Plyus” kompleksindəki “Aypara Sarayı” (”Crescent Place) olacaq.
Bina daxildən təbii ki, aypara formasında olmayaraq, tikilinin nəhəng ölçüləri nəzərə alınmaq şərtilə ənənəvi formalı qübbə və sütunlara söykənəcək.

32 mərtəbəli bu bina da 221 nömrəlik lüks hoteldir. Bundan başqa, “Aypara Sarayı”nda 128 modern mənzil də yerləşəcək. Mənzillər və nömrələrin ümumi sahəsi 128140 kvadrat metr təşkil edəcək.
Hotelin arxasında isə 4 hündürmərtəbə bina olacaq ki, onların üçü yaşayış göydələnləridir. Ən yüksək, 43 mərtəbəli və hündürlüyü 203 metrə bərabər bina isə yalnız ofislər üçün nəzərdə tutulub.
“Heerim Architects”dən verilən məlumata görə, bu iki böyük layihə Bakının simasını dəyişəcək, Azərbaycan paytaxtını dünyanın ən urbanistik, qeyri-adi və ecazkar binalarının məkanına çevirəcək.
Tikinti işlərinin nə zaman başlanacağı barədə isə şirkətdən heç bir konkret məlumat verilmədi.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, Cənubi Koreya şirkətinin layihələri müzakirə olunur: “Onların qəbul edilmə ehtimalı böyükdür. Tikinti işlərinin başlayacağı tarixə gəldikdə isə, bu barədə indi dəqiq heç nə deyə bilmərik. Layihəyə bütün aspektlərdən baxılandan sonra qərar veriləcək. Düşünmürük ki, prosesdə ləngimələr olsun”.
Fəqət, Cənubi Koreya şirkətinin layihələri birmənalı qarşılanmır.

1203838111_5.jpg

Ancelina Coli

24 Fevral , 2008 Yazar: admin  

17angelina_ic.jpg

O, hər kəsi şoka salmağı bacarır. Heç vecinə də deyil ki, onu hər hansı hərəkətinə görə sevəcəklər, yoxsa nifrət edəcələr.

Kişilər onun vəhşi gözəlliyindən ötrü dəli-divanədirlər. Amma elə ki, yaxınlaşdılar, dəhşət və qorxuya düşürlər. Qadın və kişiləri eyni dərəcə sevir və hər iki cinslə yatağını paylaşıb. Onun hobbisi bıçaq və ülgüc yığmaqdır. Bədənində 5 çapıq, bıçaq izi və çoxlu döymə var.



ANCELİNA COLİ

AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK

Psixopat uşaq…







Voytlar ailəsində növbəti qalmaqal….Ər, məşhur aktyor Con Voyt arvadı fransız -hind qarışıqlı, az tanınmış aktrisa Marselin Bertrandan ayrılmaq üçün növbəti bəhanələr gətirir. Qadının isə bircə arzusu var: qoy uşaq doğulsun, sonra hara itilirsən, itil.



Nəhayət, 1975-ci ilin 4 iyununda qız uşağı dünyaya gəldi. Valideynlər ona iki ad qoydular ki, qız gələcəkdə asanlıqla incəsənət karyerası qura bilsin. Qızın iri gözlərinə görə onun adını Mələk gözlü - Ancelina Coli qoydular.



Valideynlər sözləşdikləri kimi, Endjinin (Ancelinanın uşaqlıq ləqəbi) 1 yaşı olandan sonra rəsmən boşandılar. Amma Con tez-tez uşaqlarla görüşər, onlara bahalı hədiyyələr alardı.



Endji çox çətin tərbiyə olunan uşaqlar sırasına daxil idi.



O, güzgüyə baxmazdı və öz xarici görünüşünü gizlətmək, qıza bənzəməmək üçün dəridən qabıqdan çıxardı, hətta dırnaqlarını çeynəyərdi ki, uzanmasın.



Hər gün məktəb kandarında əndrəbadi görkəmdə biri görünərdi: qısa, vız və pırtlaşıq, ortası göy, kənarları al-qırmızı rənglənmiş saçlar, qara, dəri gödəkçə və rezin şalvar geyinmiş, ayağında hərbi botik, çanta əvəzinə kürəyində ağır torba, üzü, qolu döyməli…. Onu görən barmağını gicgahına aparıb, fırladar və pıçıldayardı: «Başdan xarab dəli gəldi».



Bu dəli Ancelina idi. O, sinif yoldaşlarının yanından saymazyana keçər, parta arxasında tək oturardı.



«Cadugər, iblis».



Məktəb psixoloqu Endjinin baş-beynini aparardı. «Səndə günah yoxdur, qızım. Boşanmış ailələrdə böyüyən uşaqlara valideyn nəzarəti zəif olduğu üçün onlar tənhalığa meyilli olur və şəxsi həyatlarında uğursuzluqla üzləşirlər».



Endji psixoloqun dediklərini boşa çıxarmaq fikrində deyildi. «Sənin məqsədin nədir, böyüyəndə kim olmaq istəyirsən?» sualına 11 yaşlı Endji cavab verdi: «Dəfn bürosunun sahibi. Mən ölülərdən mumiya düzəltməklə maraqlanıram».



Bir dəfə isə riyaziyyat müəllimi dərs öyrənməyən, elə bütün günü gözünü ona dikib baxan Endjidən soruşur: «Axı sən nə haqda fikirləşirsən?» «Mən sizi necə öldürmək haqda plan qururam. Müəllimə, sizdən əla mumiya çıxar».



Qız o qədər ölüm həvəskarı idi ki, ancaq qara geyinər, təkbaşına qəbiristanlıqda gəzər, hər gün yatmazdan əvvəl «Meyidlərin balzamlaşdırılması texnikası» kitabını oxuyardı. Fikrində belə bir səhnə canlandırardı: o, ölüb və təmtəraqla basdırılır, başının üstündəsə valideynləri ağlaşır.



Dərsdə dəftərlərin arxasında tabut və meyit şəkilləri çəkən Endjiyə təzə ləqəb də qoymuşdular: « Cadugər, iblis».



O bunlara məhəl də vermir və tezliklə özünə bənzər həyat keçirən qotlar və panklar dəstəsinə qoşulur.



Bir axşam 14 yaşlı Endji bir oğlanla qol-boyun evə gəldi. Üz-gözü döyməli, dodağı, burnu sırğalı, saçı göy gənci anasına təqdim etdi: «Ana, bilirsən, bundan sonra biz birgə qalacağıq». Cavab gözləmədən oğlanın əlindən tutub, öz kiçik otağına qalxdı və onlar düz 2 il bu otaqda yaşadılar. Gecələr qızının otağından gələn hay-həşirə şahid olan ana ümidini üzdü. «Mənim qızım artıq uşaq deyil.O, çoxdan böyüyüb».



İlk boy-frendi ilə keçən günləri Ancelina belə xatırlayır: «O, mənim həyatımın ilk kişisi idi. Düzü, bu münasibətdən gözlədiyimi ala bilmirdim. Çünki mənim kimi çılğın deyildi. Bir dəfə ehtirasın elə zirvəsindəydim ki, yataqda bıçaqla qolumu kəsdim. O da qanı görüb həvəsləndi və qolunu çərtdi. Biz qanın içindəydik və bundan böyük zövq aldıq».




Mən kinoya atama görə gəldim.

Ancelina ilk debütünü 7 yaşında atası ilə birgə çəkildiyi «Çıxış yolu» filmində etdi. 11 yaşında Teatr institutunda kursa yazılır. 12 yaşında ikən atasını «Oskar» mərasimində müşayiət edir. Bir dəfə «Oskar» alan aktyorlardan biri ona heykəlciyi saxlamağa verəndə almadı: «yox, istəmirəm. Mənim öz «Oskarım» olacaq».

Endji aktrisalığı atasının diqqətini çəkmək və onun davamçısı olmaq üçün seçmişdi. «Kinoya çəkilirdim ki, atamla danışmağa ümumi mövzum olsun».

Döyməli qızılgül

16 yaşından evi və ailəni tərk edən Coli çox ağır və ötəri gənclik həyatı keçirir. Bir günsə o adam kimi işləyib, pul qazanmaq qərarına gəlir və fotomodel biznesinə qoşulur. Bu vəhşi naturaya tələbat gözlədiyindən də çox oldu. Model dünyasında onun ləqəbi «Döyməli vəhşi qızılgül» idi.

Onun günü yalnız içki, siqaret, narkotika, gecə əyləncəsi, ötəri intim, özü də kütləvi intim səhnələri, rokn-roll, qotlar klubundan ibarət idi.

Bu illər bəlkə də Ancelina özü-özünü məhv edəcəkdi, əgər qarşısına Conni çıxmasaydı. Onlar «Xaker»lər filmində birgə çəkilirdilər. Connini görən kimi Coli düşündü: ona ərə getmək olar. Onları bir-birinə uzun, ehtiraslı gecələr bağladı, sonra isə qeyri-adi toy… 1996-cı ildə Ancelina və Conninin toyu ilin ən səs-küylü düyünü oldu. Gəlin qara rezin şort, üzərinə qan çilənmiş ağ köynək geymişdi. Köynəyin arxasında isə Coli öz qanıyla ərinin adını yazmışdı. «Bizim qanımız nikahımızı daha möhkəm edəcək»-deyə Endji izah etdi. . Üzüktaxma mərasimində isə hər ikisi barmağının ucunu çərtib, qanlarını birləşdirdilər. Lakin Colinin fikirləşdiyi kimi olmadı. Qanla bağlanmış nikah cəmi 2 il çəkdi.

«Günah məndə idi. Mən pis arvadam. Yemək hazırlaya bilmirəm, mənə toxunmağı xoşlamıram. Elə hey əmr edirəm»- deyə, Coli etiraf etdi.

Əslində, hər şey başqa cür olmuşdu.

1998-ci ildə Coli «Cia» filmində baş rola çəkilir. Onun qəhrəmanı 70-ci illərin məşhur homoseksualist modeli, AİDS-ə yoluxub, vəfat edən Cia Karanci idi. Ancelina bu filmdə çox açıq və vulqar səhnələrə çəkilir. «Mən dəhşətə gəlmişdim. Cia necə də mənə oxşayır. O da mənim kimi hər şeyini paylaşırdı. Mən onunla birgə nəfəs aldım, birgə də öldüm»…

Coli bu rolda özü-özünü oynayırdı. Hər gecə o, ərinə zəng edər, ağlayar və yalvarardı: «Con, gəl yanıma, məni tək qoyma». Con isə onu sakitləşdirərdi: «Özünə gəl, rahat ol, balam. Bu sadəcə, işdir, kinodur».

Filmin sonunda Cianın ölüm səhnəsini oynayan Ancelina içində nəyinsə qırıldığını və ruhunun öldüyünü hiss etdi.

Bir günsə Con evə gələndə güzgünün üstündə Colinin yazdığı bu sözləri görür:

« Əzizim, mən Cia ilə getdim. Əlvida!» Con dəlisov arvadının bu hərəkətinə ancaq əlini yellədi, səhəri isə dostlarına belə bir xəbər yaydı: Coli təzəcə tanış olduğu bir qadına qoşulub qaçıb.

Cinsdə toy…

Coli isə hər şeyi, hətta kinonu da atıb, tanımadığı Nyu-York şəhərinə gedir və Kino institutuna daxil olur. Amma bir gün… «Uçuşu idarə edərkən» filminin çəkiliş meydançasında aktyor Billi Bob Torontonu görən kimi elə bil yer ayağının altından qaçdı. Qızın halsızlaşdığını görən Billi soruşdu: «Özünüzü pis hiss edirsiz?». «Yox… Hər şey əladır. Amma bayaq elə bildim ki, ölürəm».

Bütün çəkiliş günü Coli elə bil yuxudaydı. Gözləri ancaq Billini axtarırdı, kişinin diqqətini çəkmək üçün əldən gedirdi. Axşam meydan boşaldı. Coli pilləkənlərdə oturmuşdu. Evə gedən Bill ayaq saxladı. Qızın rəngi qaçmışdı. «Ance, burda neynirsən?». «Gedək mənimlə»- deyə Coli Bobun əlindən tutdu. Bu toxunuş hər şeyi unutdurdu: Colinin ondan 20 yaş kiçik olmasını da, evdə onu gözləyən nişanlısı Loranı da…

3 ay sonra, 20 may 2000-ci ildə Billinin rəsmi nişanlısı Lora səhər qəzetini əlinə alanda dəhşətə gəldi: « Dünən günorta Ancelina Coli və Billi Toronton gizli şəkildə nikah kəsdiriblər. Qonaqaları 2 şahiddən ibarət olan toy cəmi 20 dəqiqə çəkib. Gəlinlə bəy cins şalvarda və sviterdə olublar. Onlar üzük əvəzinə bir-birilərinin boynundan qanlarının yığıldığı kiçik şüşələri asıblar».
17brad_ic.jpg
 

Kambociya və ilk övlad….



«Lara Kroft- sərdabələr oğrusu» filminin çəkilişləri üçün Ancelina Kambociyaya gedir. Məhz bu ölkənin səfil, cansız və isti küçələrində o, aclığın və ölümün nə demək olduğunu anlayır. O, həyatının necə böyük boşluq içində olduğunu hiss edir. Və Coli Amerikaya qucağında 9 aylıq kambociyalı Madoksla qayıdır. Bu oğlan onun övladlığa götürdüyü ilk uşaq idi.



Billi əvvəlcə heç nə demədi: «Əgər istəyirsənsə, gəl sınayaq». «Yox, əzizim, bunu sən sınayacaqsan, mənsə yaşayacağam».



Ancelina «Cazibə» filminə çəkilərkən Billi evdə uşaq altı təmizləyər, gecələr laylay deyərdi. Elə həmin gecə sərbəstlik sevən Billi qərara gəldi: «O, bu vəziyyətlə barışa bilməz. Bu həyat onluq deyil».



Çəkilişi bitən Coli Billin durumundan hər şeyi anladı. Uşağı və çemodanı qoltuğuna vurub, 2 il birgə yaşadığı ərinin mənzilini tərk etdi.

17ab_ic.jpg

Ayrılmaz cütlük.



O tək idi və ötəri sevişmələri çıxsaq, həyatında ciddi bir kişi yox idi. «Mən bundan sonra Madoksu atıb gedəcək kişi ilə birgə ola bilmərəm».



Amma tezliklə tale onun qarşısına özü kimi uşaqsevər birini çıxartdı. Bu, dünyaşöhrətli gözəl aktyor Bred Pitt idi.



Cəmiyyət tərəfindən Cenifer Enistonun ərini əlindən aldığına görə qınanan Ancelina bu fikirlə heç vəchlə razılaşmır:



«Mən Bred üçün açıq qəlblə, içdən bir söhbət edəcək insan oldum. Kiminsə ərini əlindən almaq mənlik deyil. Əgər belə olsaydı, mən özümü bağışlamazdım. Onların arasında sevgi mən olmamışdan bitmişdi. Mən qəlbən tənha kişi ilə ailə qurmuşam».



2005-ci ildə Coli və Pitt daha bir afrikalı qızı- Zaxaranı övladlığa götürdülər. 2006-cı ilin 27 mayında isə Coli və Pitin doğma övladı, qızı Şila dünyaya gəldi. İndi bu cütlük başlarını aşağı salıb, çəkilişləri və bir də övladlarını böyütməklə məşğuldurlar. Onlar uşaqlar üçün dayə belə tutmayıblar. Heç kimdən çəkinmədən uşaqlarını yedizdirir, geyindirir, gəzdirirlər. Bəlkə bununla onlar bir az pulu olan kimi övladlarına baxıcı götürən ailələrə örnək olmaq istəyirlər.

 Xeber Atv_Maqazin jurnalindan alinmadi.Cox sag olsun.

Nyuton Dünyanın sonunun 2060 cı ilə proqnozlaşdırıbmış!

24 Fevral , 2008 Yazar: admin  

3decf937875f.jpg

08d78d224bb9.jpg

 Bibliya kitablarını nəzərdən keçirən alim belə qərara gəlmişdir ki, Dünyanın sonuna az qalıb. Daha dəqiq desək, Frank impresiyasının yaranmasından 1260 il sonra Dünyanın sonu çatacaq. Frank impersiyası isə 800 cü ildə yaranıb. Bu haqda hal hazırda Yerusəlimdə sərgiyə qoyulmuş, 1704 cü ildə Nyuton tərəfindən yazılmış məktubda oxumaq olar. Bu şəkil isə həmin məktubdur.

Çində qorxu filmlərinə qadağa qoyulub

24 Fevral , 2008 Yazar: admin  

1203229014_1203008934_ujas.jpg

 

 

Hökumət hazırda satışda olan dəhşət filmlərinin dərhal yığışdırılması barədə göstəriş verib

Çin hakimiyyəti dəhşət filmləri janrına aid audio və video məhsulların satışına qadağa tətbiq edir. Bu barədə göstəriş Çin Xalq Respublikasının mətbuat və çap məsələləri üzrə dövlət idarəsi tərəfindən verilib. Bu addım uşaq və yeniyetmələrin psixoloji inkişafının müdafiəsinə yönəlib.

Göstərişdə o da deyilir ki, satışda olan dəhşətli filmlər dərhal yığışdırılmalıdır. Çində zorakılıq və terror ehtiva edən nəşrlərə qarşı mübarizə hələ 2006-cı ilin aprelindən başlanıb. O vaxt müxtəlif zorakı ölüm yollarının göstərildiyi «Ölümcül məktublar» Yaponiya komiksi ölkə hakimiyyətinin tənqidi ilə üzləşmişdi. Elə həmin vaxtdan başlayaraq, Çində ədəbsiz məzmunlu audio və video məhsulların istehsalı və yayılmasına qarşı mübarizəyə başlanılıb.


Ucan otel

24 Fevral , 2008 Yazar: admin  

90l6i6h7mtuh7uqf020a.jpg

Manned Cloud - bu uçan otel səyahət etməyi sevənlərə 3 günlük hava səyahəti etmək imkanı verəcək. Uçan oteldə 40 nəfər sifarişçi və 15 nəfər ekipaj üzvü uça biləcək. Birinci mərtəbənin sahəsi 500 kv.m-dir. Burada kitabxana, idman zalı, restoran və “ümümi qonaq otağı” kimi bir otaqda olacaq. 100 kv.m-dən çox olmayan ikinci mərtəbədə isə ikinəfərlik 20 nömrə və bar da olacaq.

Hələki bu ucuşun nə vaxt baş verəcəyi və qiymətin nə qədər olacağı bilinmir.

Dünyanın ən bahalı brilliantı

24 Fevral , 2008 Yazar: admin  

1203671035_117301.jpg

1203671035_217221.jpg

1203671035_buuu.jpg

101.27 karatlıq bu brilliant son 20 ildə satışa çıxarılacaq ən iri brilliantdır. Bu ilin 28 may tarixində Honqkonqda Christie’s auksionunda satışa çıxarılacaq. Bu ideal brilliantın start qiyməti 6 milyon dollar olacaq.