Körpə qız özünü tanıdığı gündən anasından böyük bir qayğı görmüş və anasından həmişə ”Mənim balam dünyada ən gözəl qızdır, gözləri badam gözlüm pambıq üzlüm” kimi sözlər eşidər və bunların doğru olduğuna inanardı.Körpə qız məktəb yaşına çatdıqda isə hər şey tam dəyişir. Ətrafda hamı onu çirkin adlandırır, heç kim onunla dostluq etmək istəməzdi. Qız ilk günlərdə onların sözünü ciddi qəbul etməyib anasının sözlərinin doğru olduğuna inanasada 1 neçə il sonra həqiqətlə qarşılaşır. Anasının pambığa oxşatdığı üzü çopur və ləkəli, dəniz dalğasına oxşatdıgı saçları süpürgə kimi cod, burnu yöndəmsiz şəkildə böyük və əyri, badama oxşatdığı gözlər isə çəp idi. Demeli anası onu illərcə aldadıb, çəkinmədən yalan demişdir. Gənc qız evlənmək yaşına çatsada üzünə baxan yox idi. Bundan başqa gözləri düzəlmir əksinə həkimlərin dediyinə görə qısa 1 zamanda kor ola bilərdi.Anasının illərcə yalan danışdığını düşünən qızın anaya olan sevgisi qısa zamanda nifrətə çevrilir. Anası ilə bir evdə yaşamaq istəməyən qız evdən ayrılmaq qərarına gəlir. Bundan xəbər tutan ana qızına başqa şəhərdə iş tapdığını deyib basqa şəhərə köçür və qazandığı pulları rəfiqəsinə göndərərək qızına baxmağı xahiş edir. Bir müddət sonra qızın gözləri tamailə tutularaq qaranlıqlara qərq olur. Buna baxmayaraq qız yalançı anası ilə nəinki görüşmək onun haqqında düşünmək belə istəmirdi.

Günlərin birində həkimlər ona gözlərinə uyğun donor tapdıqlarını, əməliyyat olunduqdan sonra görə biləcəyi xəbərini verirlər. Çirkin üzünü görmək istəməsədə heç kimdən asılı olmayacağını düşünən qız əməliyyat olmağına razılıq verir.
Əməliyyatdan sonra güzgüyə baxan qız güzgüdə dünya gözəli 1 qız görür. Üzündəki ləkələr və çopurlar tamamilə yoxa çıxmış, burnu kiçilmiş, saçları dəniz kimi dalğalı, gözləri isə tam düzəlmişdir.
Qız üzünü həkimə tutaraq deyir: “Sanki dünyaya yenidən gəlmişəm. Yoxsa üzümdə də plastik əmaliyyat etmisiniz? ”
Həkim gülülmsəyərək cavab verir:
“Xeyr hec bir plastik əmaliyyat etməmişik. Sadəcə ananız öz gözlərini sizə bağışladı”





Bloguma ilk gəlişinizdirsə yeniliklərdən xəbərdar olmaq üçün RSS-ə abunə olun. Ziyarətinizə görə təşəkkürlər!


AddThis Social Bookmark Button