Ata ve ogul
Bir gənc ali məktəbi qurtarmağa hazırlaşırdı. Neçə aydır ki, bir gözəl maşın xoşlayırdı. Bilirdi ki, atasının pulu çatacaq ona görə də atasına o maşını göstərdi, maşından həddən çox xoşu gəldiyini dedi.
Məktəbi qurtarmaq vaxtı gəldi. Gənc məzun hiss edirdi ki atası maşını artıq alıb. Atası oğlanı otağına çağırdı.
Atası oğluna onunla necə fəxr etdiyini və onu çox istədiyini söylədi, və ona gözəl bükülmüş bir hədiyyə verdi.
Oğlan məyus şəkildə qutunu açdı və içində dəridən olan bir Quran tapdı.
Quranı atasının üstünə atıb söylədi: �Bu qədər pulun ola-ola mənə Quran alırsan�? Oğlan qapını çırpıb evdən getdi.
Neçə il keçdi, və bu cavan oğlan həyatını müvəffəqiyyətlə yaşadı. Geniş evi, gözəl ailəsi var idi. Bilirdi ki, atası qocalır və ona baş çəkməyə hazırlaşırdı. Lakin, hazırlaşan vaxtı telefonuna zəng gəldi ki, atası vəfat edib və bütün var-dövlətini buna qoyub. Bu artıq neçə ildi ki, ata evinə getməmişdi. Lakin indi getməli idi. Evə çatanda, oğlan peşmançılıq və qəmginlik hissləri keçirdi.
Atasının masasının üstündəki kağızların arasını axtaran zaman həmin Quranı tapdı. Necə atmışdı, elə də qalmışdı. Açmağa qərar verdi. Və vərəqləyib qurtarandan sonra gördü ki, Quranın arxasına bir məktub yapışdırılıb. Məktubu açdı. 6 il bundan əvvəl istədiyi maşının açarını gördü. Sənətlərin üstündə yazılmışdı ki, pulun hamısı ödənilib.
Bloguma ilk gəlişinizdirsə yeniliklərdən xəbərdar olmaq üçün RSS-ə abunə olun. Ziyarətinizə görə təşəkkürlər!
