EUROVISION-2008

23 Mayıs , 2008 Yazar: admin  

feektlxus2virw1b3fta.jpg

 Axir bir heftedir ki, hamini Eurovision heyecani buruyub.Azerbaycanin bu ilki yarismaya qatilmasi hamini Eurovisiona baxmaga vadar edib.Bu yarisma haqqinda melumati olanda olmayanda,evvel baxanda baxmayanda hami indi bu yarismaynan maraqlanir.Hamini gozel basa dusurem ne qeder VETENini cox sevsen bir o qeder onnan bagli olursan.Biz de goz deymesin cox vetenperver oldugumuzdan hamini bu verilise baxmaga cagiriram.Gelin aktiv olaq ve calisaq ki Azerbaycan birinci olsun.Bilmeyenlere ozum bildiyim qeder kicik de olsa melumat verim.Eurovision mahni yarismasi 1956-ci il 24 May-dan indiye kimi davam edir.Ve bununla Avropa  birinci olaraq mahni musabiqesiynen taniw oldu.52 ildi davam eliyen bu yarisma Avropa da artiq enene halin adusub.Her il qalib olan olkenin paytaxtinda kecirilen bu yarisma bu ild eSerbiyanin paytaxti Belqraddi kecirilir.43 olkenin istirak edeceyi final yarismasinda Azerbaycan 20-ci olaraq kecirilecek.Elnur ve Samirin bizi temsil edeceyi “DAY AFTER DAY”mahnisinin bestekari Govher Hesenzade sozleri ise Zehra Bedelbeylidir.Din uzerin  equrulan performansda seytanla(Samir), meleyin(Elnur) sohbeti canlandirilir.Sonda seytan mugamla butun pisliklerden temizlenir ve yeniden melek olur.  Sansimizin boyuk oldugunu dusunurem ve en azindan yaxwi yerleri tutacagimizdan umidliyem.  Insallah novbeti xeberim QELEBE ile bagli olar…                                              

 

 

Susanin isgali

9 Mayıs , 2008 Yazar: admin  

ŞUŞA 1992-ci il 8 May
Hal-hazırda rayonun ərazisi erməni silahlı dəstələri tərəfindən işğal olunub Ərazisi - 289 km2 Əhalisinin sayı - 241165 İnzibati mərkəzi - Şuşa

1c3894b2aa20.jpg

Qəsəbələr / Kəndlər

Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçu-lar, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Şüşiilü, Mirzələr, Qaybalı, Laçmlar, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Xanlıq-pəyə, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Onverst, Turşsu, Zarıslı, Nəbilər

9fd8b81a577a.jpg

Şuşa Yadigarları! � Lətif Səfərov � Üzeyir Hacıbəyov � Xurşidbanu Natəvan � Mir Möhsün Nəvvab Qarabaği � Yusif Vəzir Çəmənzəminli � Qasım bəy Zakir � Süleyman Sani Axundov � Nəcəf bəy Vəzirov � Zülfüqar Hacıbəyov

 

Unudanlar üçün Şuşanı xatırladan Bülbülsüz qalan Xarı

399e5240f55c.jpg

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşa 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Artıq 16 ildir ölkənin canlı musiqi akademiyası adlandırılan Şuşa işğal altında inləyir. Şəhərdə Azərbaycanlılara məxsus mədəniyyət və tarixi abidələr yerlə-yeksan edilib, məşhur Üzeyir bəyin, Natəvanın və Xan Şuşinskinin heykəlləri güllələnib. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri də düşmən tərəfindən talan edilib. Bunlardan Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla butövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Həmçinin 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-marif, kənd təssərüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinotetar, 3 muzey, şərq musiqi alətləri fabriki dağıdılıb. Hazırda isə, ermənilər Şuşanın görkməini dəyişməyə hazırlaşır. Bu məqsədlə baş plan da hazırlanıb. Bu gün Şuşanın işğalı günü ilə əlaqədar dünyanın bir çox ölkələrində etiraz mitinqələri, Azərbaycanda anım mərasimləri keçirilib. Paytaxt Bakıda minlərlə insan Şəhidlər xiyabanını ziyarət edib, şəhərin müdafiəsində həlak olanlar xatırlanıb. 16 ilin həsrəti şuşalıları doğma şəhərləri üçün yamanca darıxdırıb. Şuşanın işğalı Azərbaycan tarixinin siyasi böhranlı dövrünə təsadüf edir. Əhalisinin 90 faizdən çoxunu Azərbaycanlıların təşkil etdiyi Şuşanın ələ keçirilməsi ilə Dağılq Qarabağ adlanan bölgənin işğalı başa çatdırılıb. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı o vaxtkı Azərbaycan rəhbərliyinin bacarıqsızlığı və milli maraqlara laqeydliyinin nəticəsi idi. Təcavüz nəticəsində Şuşada 480 nəfər günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

12d460a56cdd.gif

Niyə yerlərimizdən yurdumuzdan didərgin düşüb o yerlərə yenidən qayıtmaq ümüdü yoxdu, niyə hər şeyi unuduruq, niyə belə asanlıqla biz yatıb dururuq, heçmi fikirləşmirik ki bu bizim adımıza ləkədi, 16-il keçir artıq hər il eyni şey ildə bir dəfə yad edirik bitir, gözləyək birdə 17-ci ili , bundan sonrakı illəri 18, 19, 20, hara gedir bu rəqəmləri illərdi təkrar təkrr deyib üstünə 1 ildə əlavə eləyirik ayıl qəflət yuxusundasan hec olmasa gözlərini aç, ayıl Vətən Övladı, Bu tək Şüşalının Qarabağlının cəkdiyi dərt deyil sənində dərdindi, Vətən Üşün Nə etmisən deyəndə qayıdıb deyillər ki , vətən Mənim üçün nə edib axı, Vətən sənin üçün ən gözəl diyarı vermişdi , qaytar o diyarı vətən sənin üçün cənnət versin, Vətəndən istəki əldə eləyəsən , Vəttən səndən öz Ürəyini İstəyir Öz şah damarını Qarabağı istəyir ondan ayrılan damarlarını istəyir, bu zəif qanla cox yaşamaz Azərbaycan O diyarın Havası var deyənə ayaqdadı Azərbaycan, Havasın Yox Torpaqın , suyun, Dağların Al gətirki Min illər boyu Yaşam hədii bitənə kimi Yaşayasan o diyarlarla !

126e51acd99f.jpg

Azadlıq uğrunda Vuruşub Canlarını qurban verənlər bizim üçün Gələcək Üçün Qurban verdilər bir vaxtlar hələdə borcluyuq bu günki yaşayışımıza görə , biz Gələcəyə necə gedirik , nə qoymaq ümüdü ilə gedirik, nə aparırıq özün özünə sual vermisən?

4df68f8963fc.jpg

ŞUŞAmızda yaradılmış düşmən kilsəsi

6017c244d3e5.jpg

3196f31f75d9.jpg

Bax bu gözəl , dağliq,  düşmən tapdaqı altında olan diyar bizimdi , amma bizimlə deyil ! ! !

JOY_AZ_a tesekkurler 

1207b3fade5d.jpg

Agilli telebe

4 Mayıs , 2008 Yazar: admin  

Professor dərsdə tələbənin birinə sual verir:- Hər nə varsa, Allah yaradıb?

-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.

-Allah hər şeyi, həəər şeyi yaradandır?

-Əlbəttə, ser.

O zaman professor belə dedi:

- Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şər - i də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?

Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:

- Professor, sizə sual vermək olar?

-Buyur.

Tələbə ayağa qalxaraq sual verdi:

-Professor, soyuq mövcüddür?

-Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?

Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:

- Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühütün reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.

Tələbə davam etdi:

-Professor, bəs qaranlıq mövcuddur?

-Əlbəttə mövcuddur.

- Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox. Çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.

Sonda tələbə bir daha sual verdi:

- Professor, bəs şər qüvvələr, şər özü mövcüddür?

- Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.

Buna cavab olaraq tələbə:

- Yox,yenə səhvsiniz. Əslində şər öz-özlüyündə heçdir. ŞƏR ALLAHSIZLIQ DEMƏKDİR. Bu qaranlığa bənzəyir, haradakı işıq yoxdur. deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, haradakı ki istilik yoxdur, deyirik soyuqdur. Eləcə də, ALLAHSIZ qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!

Bu tələbənin adı Albert Eynşteyn idi!

Qeyd: Bunu xarici resurslardan tərcümə etmişəm. Öz saytınızda yerləşdirmək fikriniz olsa, heç olmasa tərcümə edən kimi mənim nikimi qeyd etməyiniz mütləqdir.

Mix_az_a AzeriFire teshekkurler.

Maraqli Atalar Sozleri

4 Mayıs , 2008 Yazar: admin  

1. Südə də diqqətlə baxsan ləkə görərsən.


2. Zarafat həqiqətin yarısıdır.


3. Heyvanı buynuzundan, adamı sözündən tutarlar.


4. İlanin ayağı yoxdur, yalanın - kökü.


5. Dəli də nə qədər ki, dinmir - ağıllıdır.


6. Özünü öymə, özgəni əymə.


7. Xəzəlləri külək qarşdırar, insanları söz.


8. Ölkəni düşmənindən qoru, sirrini yaltaqdan.


9. Qürbətdə sərvətdən qiymətli doğma eldir.


10. Ağıllı özünü qınayır, ağılsız özgəni.


11. Bəla gələndə varlının min qoyununa yox, kasbın bircəsinə gəlir.


12. Hirs düşməndir, ağıl dost.


13. Qurbağasız kol olmaz, nöqsansız adam.


14. Qaçağan atın təri qurumaz, ərköyünün göz yaşı.


15. İgidin yaraşığı saqqaldır, sözün yaraşağı atalar sözü.


16. Ağıl geyimdir-köhnəlməyən, bilik mədəndir-tükənməyən.


17. Dost arxada təriflər, düşmən üzdə.


18. Cavanlıq ötür - aşılmaz aşırım kimi, qocalıq gəlir-qazılmamış qəbir kimi.


19. Uşaq oynamaqdan yorulmaz, tənbəl - yatmaqdan.


20. Xəsisin özü tox olur, gözü - ac.


21. Zorla açılan gülün ətri olmaz.


22. Hamı vaxta baxır, vaxt heç kəsə baxmır.


23. Qanun varlı üçün yaranıb, cəza – kasıb üçün.


24. Qulaq - iki, ağız-bir. İki eşit, bir danış.


25. Dünya nərdivandı, biri qalxır, biri düşür.


26. Oğurluqla varlanmaq olsaydı, onda siçan hamıdan dövlətli olardı.


27. Söz ilə iş arasında dağlar, dərələr durur.


28. Qış haradan bilsin ki, kasıbın odunu yoxdur.


29. Müdirin xahişi əmirdir.


30. Heyvan kəsilməyincə yağı görünməz, insan danışmayınca - ağlı.