Ata ve ogul

14 Aprel , 2008 Yazar: admin  

ata.jpg

Bir gənc ali məktəbi qurtarmağa hazırlaşırdı. Neçə aydır ki, bir gözəl maşın xoşlayırdı. Bilirdi ki, atasının pulu çatacaq ona görə də atasına o maşını göstərdi, maşından həddən çox xoşu gəldiyini dedi.

Məktəbi qurtarmaq vaxtı gəldi. Gənc məzun hiss edirdi ki atası maşını artıq alıb. Atası oğlanı otağına çağırdı.

Atası oğluna onunla necə fəxr etdiyini və onu çox istədiyini söylədi, və ona gözəl bükülmüş bir hədiyyə verdi.

Oğlan məyus şəkildə qutunu açdı və içində dəridən olan bir Quran tapdı.

Quranı atasının üstünə atıb söylədi: �Bu qədər pulun ola-ola mənə Quran alırsan�? Oğlan qapını çırpıb evdən getdi.

Neçə il keçdi, və bu cavan oğlan həyatını müvəffəqiyyətlə yaşadı. Geniş evi, gözəl ailəsi var idi. Bilirdi ki, atası qocalır və ona baş çəkməyə hazırlaşırdı. Lakin, hazırlaşan vaxtı telefonuna zəng gəldi ki, atası vəfat edib və bütün var-dövlətini buna qoyub. Bu artıq neçə ildi ki, ata evinə getməmişdi. Lakin indi getməli idi. Evə çatanda, oğlan peşmançılıq və qəmginlik hissləri keçirdi.

Atasının masasının üstündəki kağızların arasını axtaran zaman həmin Quranı tapdı. Necə atmışdı, elə də qalmışdı. Açmağa qərar verdi. Və vərəqləyib qurtarandan sonra gördü ki, Quranın arxasına bir məktub yapışdırılıb. Məktubu açdı. 6 il bundan əvvəl istədiyi maşının açarını gördü. Sənətlərin üstündə yazılmışdı ki, pulun hamısı ödənilib.

Çirkin qız

7 Aprel , 2008 Yazar: admin  

Körpə qız özünü tanıdığı gündən anasından böyük bir qayğı görmüş və anasından həmişə ”Mənim balam dünyada ən gözəl qızdır, gözləri badam gözlüm pambıq üzlüm” kimi sözlər eşidər və bunların doğru olduğuna inanardı.Körpə qız məktəb yaşına çatdıqda isə hər şey tam dəyişir. Ətrafda hamı onu çirkin adlandırır, heç kim onunla dostluq etmək istəməzdi. Qız ilk günlərdə onların sözünü ciddi qəbul etməyib anasının sözlərinin doğru olduğuna inanasada 1 neçə il sonra həqiqətlə qarşılaşır. Anasının pambığa oxşatdığı üzü çopur və ləkəli, dəniz dalğasına oxşatdıgı saçları süpürgə kimi cod, burnu yöndəmsiz şəkildə böyük və əyri, badama oxşatdığı gözlər isə çəp idi. Demeli anası onu illərcə aldadıb, çəkinmədən yalan demişdir. Gənc qız evlənmək yaşına çatsada üzünə baxan yox idi. Bundan başqa gözləri düzəlmir əksinə həkimlərin dediyinə görə qısa 1 zamanda kor ola bilərdi.Anasının illərcə yalan danışdığını düşünən qızın anaya olan sevgisi qısa zamanda nifrətə çevrilir. Anası ilə bir evdə yaşamaq istəməyən qız evdən ayrılmaq qərarına gəlir. Bundan xəbər tutan ana qızına başqa şəhərdə iş tapdığını deyib basqa şəhərə köçür və qazandığı pulları rəfiqəsinə göndərərək qızına baxmağı xahiş edir. Bir müddət sonra qızın gözləri tamailə tutularaq qaranlıqlara qərq olur. Buna baxmayaraq qız yalançı anası ilə nəinki görüşmək onun haqqında düşünmək belə istəmirdi.

Günlərin birində həkimlər ona gözlərinə uyğun donor tapdıqlarını, əməliyyat olunduqdan sonra görə biləcəyi xəbərini verirlər. Çirkin üzünü görmək istəməsədə heç kimdən asılı olmayacağını düşünən qız əməliyyat olmağına razılıq verir.
Əməliyyatdan sonra güzgüyə baxan qız güzgüdə dünya gözəli 1 qız görür. Üzündəki ləkələr və çopurlar tamamilə yoxa çıxmış, burnu kiçilmiş, saçları dəniz kimi dalğalı, gözləri isə tam düzəlmişdir.
Qız üzünü həkimə tutaraq deyir: “Sanki dünyaya yenidən gəlmişəm. Yoxsa üzümdə də plastik əmaliyyat etmisiniz? ”
Həkim gülülmsəyərək cavab verir:
“Xeyr hec bir plastik əmaliyyat etməmişik. Sadəcə ananız öz gözlərini sizə bağışladı”





Bir qelbde iki sevgi olmur…

21 Fevral , 2008 Yazar: admin  

 fc645e0cae39.jpg

Onunla bax elə bu saytda tanış olmuşduq. Ilk günləri email yazırdıq bir-birimizə daha sonar MSN-ə keçdik. Hər gün danışırdıq. Günlər keçdikcə dahada bir-birimizə öyrəşirdik. O qədər səmimi idik ki, bir-birimizə istədiyimiz sualları verirdik və səmimidə cavablar verirdik.Günlərimiz bax belə super keçirdi.Sanki internetə bir-birimiz üçün girirdik.O hər gününü mənə serf edirdi, məndə evdə olmadığım anlarda harda internet klub tapsaydım girib baxırdım o MSN-dədirmi deyə.Bax beləcə çox bağlanmışdıq bir-birimizə.İnternet olmuşdu bizi bir-birimizə bağlayan tək vasitə.
Günlər keçdikcə daha çox bağlanırdıq bir-birimizə, o qədər danışırdiq ki, artıq bir-birimizin sevdiyi ve sevmədiyi rəngi, heyvanı, musiqini, geyimi və hər şeyi bilirdik.
Artıq elə bir səviyyəyə gəlmişdik ki, hisslərimizi bildirmək üçün internet bizə kifayət etmirdi. Sevirdik bir-birimizi dəlicəsinə. Sevirdik bir-birimizi görmədən.Onsuz keçən hər saniyəm darıxdırıcı idi mənə hər vaxtımda internetə girib onunla danışmaq arzusu ilə alışıb-yanırdım.
Hər dəfə ona görüşmək təklif etsəmdə o razı olmurdu, çəkinirdi sanki onu əngəlləyyən bir şey vardı.Sanki o buna hazır deyildi.Şəklini belə mənə göndərmirdi.Bu hallar ümidlərimi qırırdı amma bütün bunlara baxmayaq sevirdim onu dəli kimi.
4 ay keçırdı tanışlığımızdan, amma biz sanki 40 ildir tanıyırıq bir-birimizi.Onu 1 anlıq görmək, üzündəki təbəssümü, gözlərindəki sevgini görmək üçün alışıb yanırdım.Hərgün onu necə sevdiyimi artıq görüşməyimizin vaxtı gəldiyini ona dəfələrlə deyirdim.Hər dəfəsində bir bəhanə edən o, artıq özüdə başa düşürdü ki, biz görüşməliyik.
Bir vaxt müəyyən etdik və görüşdük.Onu ilk gördüyümdə inanmamışdım bu qızın o olacağına.Çox gözəl qız idi.Sarışın, mavi gözləri və uzun düz saçları var idi.Bİlmirəm bəlkədə sevgidən idi amma o indiyə qədər gördüyüm ən gözəl qız idi.Ağlımada gəlmirdi ki, internetdə belə gözəl qızlar oturur.
Bir kafedə oturduq uzun-uzun söhbət elədik.O, çox utanırdı, sanki ilk dəfədir məni tanıyır, həyacandan indiyə qədər danışdıqlarımızı belə unutmuşdu.O günü çox gözəl keçirdik və elə o gündəndə mənim üçün doğan günəş ətrafa işiq saçırdı.Onunla hər gün saatlarla telefonla danışırdıq, hərgün görüşürdük, bir birimizə olan sevgimizi saatlarla uşaq kimi bir birimizə danışırdıq.Qanadı olmayan iki mələkdik.Dünyanın ən xoşbəxt insanı idim.Sanki sevgi sözü mənim üçün işlədilirdi.6 ay sevgi dənizində durmadan üzdüm, sevdim sevildim, yaşadım yaşatdım, onunla keçən hər anın bir dünya olduğunu anladım.
Amma ki, o gün gəldi, dünyamı qaraldan gün.və bir gün anladım ki, internetdə tanış olub SEVDİYİM, İLK SEVGİMİ VERDİYİM, İLK SEVGİNİN NE OLDUĞUNU MƏNƏ ÖYRƏDƏN o qızla, görüşdüyüm DÜNYAMI PAYLAŞDIĞIM, QANADSIZ MƏLƏK OLDUĞUM qız aryı-ayrı insanlar imiş.Bunu öyrəndiyim gün ölümün nə olduğunu anladım, bir ürəkdə iki sevginin olmayacağını anladım.
Bunu öyrəndiyimdə görüşdüyüm qıza kobud sözlər deyərək yanımdan qovdum və ona birdə məni axtarmamasını dedim.Üstündən 3 gün keçdi və internetdə danışdığım qız mənə bir email yazdı:
Bilirəm mənə nifrət edirsən, amma hərşeyi biləndən sonar inaniram kı, məni başa düşəcəksən.Mən 1-ci qrup əliləm, sənin anlayacağın dildə şikəstəm.Evdən bayıra çıxmayım və evdə sıxılmayım deyə internetə girirəm və acınacaqlı halımı unutmağa çalışıram.Səninlə tanış olduğum ilk anda sənə bunu demədim, fikirləşməmişdim ki, bir-birimizi sevərik.Amma olan oldu, hər keçən gün daha da qorxurdum bunu sənə söyləməyə, ya bunu eşidib məni atsan, ya mənimlə əlaqəni kəssən neyniyərdim mən.Ona görə sən hər dəfə görüşmək təklif edəndə mən hər dəfə bəhanə edirdim.Çox qorxurdum səni itirəcəyim günün gələcəyindən.Bilirdim ki, birgün görüşməliyik və həmin gündə məni bu halımla qəbul etməyəcəyini.Hər şeyi xalam qızına danışdım.Sənin haqqında bütün bildiklərimi.İstəyridim onu sevəsən onunla bir yerdə olasan, çünki bir dəfəlik itirməkdənsə ən azından xalam qızı ilə olsan sənin haqqında hərgün xəbərim olacaqdı.Xalam qızıda səni mənim qədər çox sevir, inanki səninlə olmaq üçün hərşeyə razıdır. Daha şikət qız olmağım məni üzmür, çünki içimdə ki sevgi mənə qanad verib, digərlərindən fərqli olaraq mən kim üçün ve nə üçün həyatda qalmağı anladım. Səndən son istəyim xalam qızımı sevgi şikəsti eləmə.
Ona son olaraq bu cavabı yazdım: “ Bir ürəkdə iki sevgi olmur” və bir daha da əlaqə saxlamadıq.
Elə o gündən bəri internetdə tanış olduğum heç bir qızla görüşmürəm

Bu da kecer

14 Fevral , 2008 Yazar: admin  

Bir gün bir şah vəzirini yanına cağırıb deyir: “Vəzirsən mənə elə bir söz de ki, məni yaxşı günümdə də, pis günümdə də eyni vəziyyətdə saxlaya bilsin.”
Vəzir gedir və 3 gündən sonra gəlib şaha bir üzük verir və üzüyün üzerinde “Bu da keçər” sözləri yazılmışdı .Şah bundan heç nə başa düşməsə də sonralar bunun mənasını yaxşı başa düşür.
Bir gün şah öz dostları ilə birlikdə çox gözəl vaxt keçirir,yeyir-içir gününü xoş keçirir və düşünür ki, ömrünün sonuna qədər belə olacaq.Birdən gözü üzüyündəki sözə sataşır “Bu da keçər” Doğurdanda sabahı gün bunların heç biri yox idi,artıq qurtarmışdı.
Aylar keçir,günlər ötür bir gün şahın məmləkətinə düşmənlər hücum edir,hər yeri dağıdırlar və şah qorxuya düşür,onu əsir alacaqlarını düşünüb özünü öldürmək istəyir,amma yenə gözü üzükdəki sözə sataşır “Bu da keçər” ,qonşu dövlətin şahı gəlib ona kömək edir və onu bu bəladan qurtarır.Şah özünü öldürmədiyi üçün şükr edir.doğurdanda hər şey keçərmiş.Necə deyərlər “sevinc bahar mehi kimi,kədər qışın çovğunu kimidir,amma ikisi də gəldi gedərdir”
Bu mix.az saytindan alinmadi.

Iblisin yigincagi

14 Fevral , 2008 Yazar: admin  

3ff890f1afb2.jpg

İblis, bütün şeytanlarla böyük bir yığıncaq təşkil edir. Nitqinə belə başlayır:

“Biz Müsəlmanları mescidə getməkdən saxlaya bilmirik. Onları Quran

oxumaqdan və doğru işlər görməkdən də çəkindirə bilmirik. Ondan başqa, onları Allahı və Məhəmməd Peyğəmberi (s.a.s) düşünməkdən də saxlaya bilmirik. Allahla bağlantıları çox güclüdür, qıra bilmirik.”

“Belədirsə, qoyun onlar mescidlərə getsinlər, daim bir yerdə olsunlar. Eybi yox. Amma onların zamanlarını oğurlayın!!! Beləliklə də, onalrın Allahı və Rəsulu Məhəmmədi dьşünməyə vaxtları qalmasın. Sizdən istədiyim tək budur!!!” - dedi İblis.

“Onları daim məşhğul edin, Allahla bağlantıları zəifləsin!!!”

Şeytanlar cavabında: “Bunu necə edə bilərik ki?” - soruşdular.

Iblis: “Onların beynini tez-tez kiçik işlərlə, menasız düşüncələrlə meşğul edin.”

“Onları davamlı olaraq xərcləməyə təsviq edin. Xərcləsinlər, xərcləsinlər, sonra da borclansınlar, borclansınlar”

“Xanımları uzun saatlar boyunca evdən xaricdə işləməyə məcbur edin, eyni zamanda kişiləri də həftədə 6-7 gün, gьndə 10-12 saat işləməyə məcbur edin. Beləliklə, onların özlərinə və ailələrinə, sevdiklərinə ayırmağa boş vaxtları qalmasın.”

“Onları övladları ilə vaxt keçirməkdən çəkindirin. Hətta evdə də işlərinin ağırlığını üzərlərində hiss etsinlər. Beyinlərini elə məşğul edin ki, onları Allahla birgə olmağa səsləyən kiçik səsləri də eşitməsinlər.”

“Onları daima musiqi dinləməyə təşviq edin, evdə, işdə, hətta maşında da radio, CD dinləsinlər. Evlərində TV, VCD, kompyьter daima aзiq olsun. Bunlar insanların beyinlərini məşğul edər və bununla da Allahı ve Rəsulu Məhəmmədi düşünməyə vaxtları qalmaz.”

“Stol üstündə həmişə qəzet və jurnallar olsun, oradakı xəbərlər beyinlerini 24 saat məşğul etsin. Hətta maşın sürərkən də nəzərlərini reklam plakatlarına çəkin.”

“Onların e-mail adreslərini reklamlar, mənasız mektublar, junk maillər, sifariş kataloqları ilə doldurun ki, onları silmək üçün vaxt itirsinlər.”

“Gözəl, cazibədar manikenlerin jurnalların üzərində, TV-lərdə tez-tez görünmələrinə şərait yaradın ki, kişilər onları görüb, gərək gözelliyin bunlarda olduğunu və xarici görünüşün əsas olduğunu düşünsünlər, həyat yoldaşlarını bəyənməsinlər”

“Xanımların çox yorğun olmalına çalışın, bununla da kişilərə lazımı sevgini göstərə bilməsinlər. Daima başları ağrısın. Əgər kişilər lazımı diqqət və qayğını evdə görməsələr, onu çöldə axtarmağa başlayacaqlar. Bu da ailələrin daha tez dağılmasına şərait yaradacaq”

“Onlara mənasız hekayələrlə zəngin kitablar verin ki, övladlarına həyatın gərçək mənasını başa salmaq əvəzinə, o kitabları oxusunlar.”

“Onları o qədər məşğul edin ki, çölə çıxıb, təbiəti incələyib, Allahın yaratdıqlarından dərs ala bilməsinlər. Yaradılışın necə mükəmməl olduğunu dərk edə bilməsinlər. Onları bağlı yerlərə, oyunlara, konsertlərə, kinoteatrlara getməyə vadar edin ki, təbiətlə biryerdə olmağa vaxt tapa bilməsinlər”

“Əgər özü kimi düşünən dostları ilə görüşdüyünü görsəniz, onları dedi-qodu etməyə məcbur edin. Elə şəylərdən danışn malirina şərait yaradin ki, aralarinda ixtilaf çıxsın, inciklik yaransın”

“Həyatlarının o qədər gözəl və mükəmməl olmasına çalışın ki, Allahı və Onun gücünü düşünəcək halda olmasınlar. Hər şeyi öz güclərinə əldə etdiklərinə inansınlar. Sağlıqlarına və əldə etdikləri nemətlərə şükr etmək ehtiyacı duymasınlar.”

“Bax, budur bizim möhtəşəm plan!!!”

Şeytanın sizin qiymətli vaxtınızı almağa imkan verməyin. Qiyməti zamanınızı qiymətli insanlarla, yeni biliklər əldə etməklə, gözəl işlər görməklə, ALLAHI və onun RƏSULU MƏHƏMMƏD PEYĞƏMBƏRI düşünməklə keçirin.

Heç düşünmüsünüz BUSY (ingilis dilində “məşğul”) sözünün açılışını?

Being Under Satan’s Yoke - şeytanın təsiri altında olmaq.

Əgər vaxtınız olsa bunu yaxınlarınızla bölüşün.

Bu mix.az saytindan alinmadi.