Agilli telebe

4 Mayıs , 2008 Yazar: admin  

Professor dərsdə tələbənin birinə sual verir:- Hər nə varsa, Allah yaradıb?

-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.

-Allah hər şeyi, həəər şeyi yaradandır?

-Əlbəttə, ser.

O zaman professor belə dedi:

- Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şər - i də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?

Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:

- Professor, sizə sual vermək olar?

-Buyur.

Tələbə ayağa qalxaraq sual verdi:

-Professor, soyuq mövcüddür?

-Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?

Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:

- Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühütün reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.

Tələbə davam etdi:

-Professor, bəs qaranlıq mövcuddur?

-Əlbəttə mövcuddur.

- Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox. Çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.

Sonda tələbə bir daha sual verdi:

- Professor, bəs şər qüvvələr, şər özü mövcüddür?

- Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.

Buna cavab olaraq tələbə:

- Yox,yenə səhvsiniz. Əslində şər öz-özlüyündə heçdir. ŞƏR ALLAHSIZLIQ DEMƏKDİR. Bu qaranlığa bənzəyir, haradakı işıq yoxdur. deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, haradakı ki istilik yoxdur, deyirik soyuqdur. Eləcə də, ALLAHSIZ qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!

Bu tələbənin adı Albert Eynşteyn idi!

Qeyd: Bunu xarici resurslardan tərcümə etmişəm. Öz saytınızda yerləşdirmək fikriniz olsa, heç olmasa tərcümə edən kimi mənim nikimi qeyd etməyiniz mütləqdir.

Mix_az_a AzeriFire teshekkurler.

Maraqli Atalar Sozleri

4 Mayıs , 2008 Yazar: admin  

1. Südə də diqqətlə baxsan ləkə görərsən.


2. Zarafat həqiqətin yarısıdır.


3. Heyvanı buynuzundan, adamı sözündən tutarlar.


4. İlanin ayağı yoxdur, yalanın - kökü.


5. Dəli də nə qədər ki, dinmir - ağıllıdır.


6. Özünü öymə, özgəni əymə.


7. Xəzəlləri külək qarşdırar, insanları söz.


8. Ölkəni düşmənindən qoru, sirrini yaltaqdan.


9. Qürbətdə sərvətdən qiymətli doğma eldir.


10. Ağıllı özünü qınayır, ağılsız özgəni.


11. Bəla gələndə varlının min qoyununa yox, kasbın bircəsinə gəlir.


12. Hirs düşməndir, ağıl dost.


13. Qurbağasız kol olmaz, nöqsansız adam.


14. Qaçağan atın təri qurumaz, ərköyünün göz yaşı.


15. İgidin yaraşığı saqqaldır, sözün yaraşağı atalar sözü.


16. Ağıl geyimdir-köhnəlməyən, bilik mədəndir-tükənməyən.


17. Dost arxada təriflər, düşmən üzdə.


18. Cavanlıq ötür - aşılmaz aşırım kimi, qocalıq gəlir-qazılmamış qəbir kimi.


19. Uşaq oynamaqdan yorulmaz, tənbəl - yatmaqdan.


20. Xəsisin özü tox olur, gözü - ac.


21. Zorla açılan gülün ətri olmaz.


22. Hamı vaxta baxır, vaxt heç kəsə baxmır.


23. Qanun varlı üçün yaranıb, cəza – kasıb üçün.


24. Qulaq - iki, ağız-bir. İki eşit, bir danış.


25. Dünya nərdivandı, biri qalxır, biri düşür.


26. Oğurluqla varlanmaq olsaydı, onda siçan hamıdan dövlətli olardı.


27. Söz ilə iş arasında dağlar, dərələr durur.


28. Qış haradan bilsin ki, kasıbın odunu yoxdur.


29. Müdirin xahişi əmirdir.


30. Heyvan kəsilməyincə yağı görünməz, insan danışmayınca - ağlı.

Qarabagin gozel gusheleri-Viran olmush gusheleri

27 Aprel , 2008 Yazar: admin  

agdam3.jpg

Agdamin meshur mescidi…

60621adfcb56.jpg

a223d981d79a.jpg

Bu da diger rayonlarimiz…

 

 

Men inanmaq isteyiremki Bakida hele de davam eden tikinti isleri ne vaxtsa QARABAGDA

da heyata kecirilecek.Ermenilerin mehv etdiyi o yerler evvelki gozelliyine qayidacax.Men

bunaurekden inamaq ve umid etmek isteyirem.INSALLAH umidlerimiz ve inanclarimiz bizi

yaniltmaz… 

Dunya mocuzesi…

14 Aprel , 2008 Yazar: admin  

palma1.jpg

palma2.jpg

palma3.jpg

Dünyanın 8-ci möcüzəsi sayılan bu süni adalar Dubayda yerləşir.Adlardan indiyə kimi 2 dənəsi yaradılıb və 3-cüsü yaxında sona yetiriləcək. İlk hazırlanmış adanın/palmanın gövdəsinin uzunluğu 4 km -dir və 17 budağı var. Ada ilə Dubay sahili arasındakı məsafə 300 m-dir. Ay formalı yarım dairənin diametri 12 km-dir. Bütövlükdə adanı qurmağa 200 milyon m³ qum və daş lazım olub. Adanın hazirlanması təxminən 10 milyard dollara başa gəlib. Birinci adada olan evler satışa qoyulandan 3 həftə sonra satılıb qutarılıb. Orada olan evlərin qiyməti təxminən 7 milyon dollardan başlayır, kirayə qalmaq isə ən ucuzu ayda 5500 dollara başa gəlir. Planlaşdırılmış 3-cü ada texminən Paris böyüklüyündə olacaq. Bu adanın hazırlanmasına isə artıq 2004-cü ildə başlanılıb.

Ata ve ogul

14 Aprel , 2008 Yazar: admin  

ata.jpg

Bir gənc ali məktəbi qurtarmağa hazırlaşırdı. Neçə aydır ki, bir gözəl maşın xoşlayırdı. Bilirdi ki, atasının pulu çatacaq ona görə də atasına o maşını göstərdi, maşından həddən çox xoşu gəldiyini dedi.

Məktəbi qurtarmaq vaxtı gəldi. Gənc məzun hiss edirdi ki atası maşını artıq alıb. Atası oğlanı otağına çağırdı.

Atası oğluna onunla necə fəxr etdiyini və onu çox istədiyini söylədi, və ona gözəl bükülmüş bir hədiyyə verdi.

Oğlan məyus şəkildə qutunu açdı və içində dəridən olan bir Quran tapdı.

Quranı atasının üstünə atıb söylədi: �Bu qədər pulun ola-ola mənə Quran alırsan�? Oğlan qapını çırpıb evdən getdi.

Neçə il keçdi, və bu cavan oğlan həyatını müvəffəqiyyətlə yaşadı. Geniş evi, gözəl ailəsi var idi. Bilirdi ki, atası qocalır və ona baş çəkməyə hazırlaşırdı. Lakin, hazırlaşan vaxtı telefonuna zəng gəldi ki, atası vəfat edib və bütün var-dövlətini buna qoyub. Bu artıq neçə ildi ki, ata evinə getməmişdi. Lakin indi getməli idi. Evə çatanda, oğlan peşmançılıq və qəmginlik hissləri keçirdi.

Atasının masasının üstündəki kağızların arasını axtaran zaman həmin Quranı tapdı. Necə atmışdı, elə də qalmışdı. Açmağa qərar verdi. Və vərəqləyib qurtarandan sonra gördü ki, Quranın arxasına bir məktub yapışdırılıb. Məktubu açdı. 6 il bundan əvvəl istədiyi maşının açarını gördü. Sənətlərin üstündə yazılmışdı ki, pulun hamısı ödənilib.

Çirkin qız

7 Aprel , 2008 Yazar: admin  

Körpə qız özünü tanıdığı gündən anasından böyük bir qayğı görmüş və anasından həmişə ”Mənim balam dünyada ən gözəl qızdır, gözləri badam gözlüm pambıq üzlüm” kimi sözlər eşidər və bunların doğru olduğuna inanardı.Körpə qız məktəb yaşına çatdıqda isə hər şey tam dəyişir. Ətrafda hamı onu çirkin adlandırır, heç kim onunla dostluq etmək istəməzdi. Qız ilk günlərdə onların sözünü ciddi qəbul etməyib anasının sözlərinin doğru olduğuna inanasada 1 neçə il sonra həqiqətlə qarşılaşır. Anasının pambığa oxşatdığı üzü çopur və ləkəli, dəniz dalğasına oxşatdıgı saçları süpürgə kimi cod, burnu yöndəmsiz şəkildə böyük və əyri, badama oxşatdığı gözlər isə çəp idi. Demeli anası onu illərcə aldadıb, çəkinmədən yalan demişdir. Gənc qız evlənmək yaşına çatsada üzünə baxan yox idi. Bundan başqa gözləri düzəlmir əksinə həkimlərin dediyinə görə qısa 1 zamanda kor ola bilərdi.Anasının illərcə yalan danışdığını düşünən qızın anaya olan sevgisi qısa zamanda nifrətə çevrilir. Anası ilə bir evdə yaşamaq istəməyən qız evdən ayrılmaq qərarına gəlir. Bundan xəbər tutan ana qızına başqa şəhərdə iş tapdığını deyib basqa şəhərə köçür və qazandığı pulları rəfiqəsinə göndərərək qızına baxmağı xahiş edir. Bir müddət sonra qızın gözləri tamailə tutularaq qaranlıqlara qərq olur. Buna baxmayaraq qız yalançı anası ilə nəinki görüşmək onun haqqında düşünmək belə istəmirdi.

Günlərin birində həkimlər ona gözlərinə uyğun donor tapdıqlarını, əməliyyat olunduqdan sonra görə biləcəyi xəbərini verirlər. Çirkin üzünü görmək istəməsədə heç kimdən asılı olmayacağını düşünən qız əməliyyat olmağına razılıq verir.
Əməliyyatdan sonra güzgüyə baxan qız güzgüdə dünya gözəli 1 qız görür. Üzündəki ləkələr və çopurlar tamamilə yoxa çıxmış, burnu kiçilmiş, saçları dəniz kimi dalğalı, gözləri isə tam düzəlmişdir.
Qız üzünü həkimə tutaraq deyir: “Sanki dünyaya yenidən gəlmişəm. Yoxsa üzümdə də plastik əmaliyyat etmisiniz? ”
Həkim gülülmsəyərək cavab verir:
“Xeyr hec bir plastik əmaliyyat etməmişik. Sadəcə ananız öz gözlərini sizə bağışladı”





Təbiətin məktəbi

7 Aprel , 2008 Yazar: admin  

1207573500_f7b04c653e35c5f4dee48ee74f8e8326.jpg

Sinqapurun mərkəzində çox gözəl bir məktəb binası inşa edilib. Sözügedən binada Sinqapurun “İncəsənət, media və dizayn məktəbi” yerləşir. Bu məktəb qeyri-adi eyni zamanda çox gözəl arxitekturaya malikdir. Nanyanq Texnoloji Universitetinin nəzdində yer alan bu “yaşıl” məktəb təbiətin gözəlliyini və yüksək texnologiya sahəsinin ən son yeniliklərini özündə birləşdirib. Gözəlliyi ilə hər kəsi cəlb edən bu məktəbə düşmək arzusunda olanlar həddindən artıq çoxdur.

WWW.PARLAQ.NET.e tesekkurler.

Best model of Range Rover…

7 Aprel , 2008 Yazar: admin  

land1.jpg

land4.jpg

Wonderful appearance

7 Aprel , 2008 Yazar: admin  

1207570779_1204660385_1204649081_1-5.jpg

Esitdiyime gore bu ve basqa gozel binalar Bakida insa edilecek…

1207571646_1204660754_1204649122_1-30.jpg

Islam

6 Aprel , 2008 Yazar: admin  

77b36a3ddf83.jpg

Bu gun dinimizi yada salmaq istedim.Eslinde bu sozu demek bele bize ar olmalidi.Her seyin inkisaf elediyi,deyisdiyi bir zamanda niye bu deyisiklikleri yalniz insan emeyine baglayirlar?Allah-Tealanin buyurmadigi hec bir sey bas vere bilmez.Bunu anlamaq bu qedermi cetindir?Mence dinini seven insan hec neye baxmayaraq yene de sevecek.Mene deyirler ki, ay Turkan dinnen ne qeder danisirsan?Danismaq asan seydi ne danisdigini anlamaq lazimdi.Deyir soz agizdan cixdisa seninki deyil.Dinimize cox inaniram ve calisdigim qeder laqeyd qalmiram ve riayet edirem.Ne qeder calissam da ister-istemez insanin gunahlari olur.Amma biz gelin yene de dinimize laqeyd qalmayaaq, unutmayaq ki

bu dunyanin sonrasi da var…