Yalanin bu qederi…

2 Aprel , 2008 Yazar: admin  

Mene bele bi email geldi

Congratulations Dear Lucky Julia,

Your e-mail has won $820,000USD.

We are pleased to inform you about the Lottery (lotto lore 6/49) www.lottolore.com Draw held on the 25th of March 2008 from the Canadian International Lottery programmed. Which your e-mail was one of the lucky e-mails that won the Lottery.

PLEASE DO NOT REPLY TO THIS EMAIL. CONTACT YOUR CLAIMS AGENT AT:
Mr. Harrison Bench
Tell: +23483481016
nwilliams11@tlen.pl
Signed.
Mary Jack (Mrs.)
Lottery Coordinator
Canadian International Lottery Inc

cavab yazannan sonra bele geldi:

От кого:

Mr Harrison Bench

Кому:

julia-89@rambler.ru

Дата:

Thu, 27 Mar 2008 17:45:57 +0000

Тема:

(Julia)WINNER’S APPLICATION FORM FOR PAYMENT.

This form is valid for only those who have won the CANADIAN NATIONAL LOTTERY. Fill in the required fields in the space provided below. No field should be left blank, because your particulars are needed for record purposes.

Please fill in the appropriate
WINNER’S APPLICATION FORM FOR PAYMENT.
.
Please fill in the appropriate information in the space below:

First Name…….
Middle Name……
Last Name……..
Gender………..
Month Of Birth….
Marital Status….
Nationality……
Religion……..
Occupation…..
Address 1……
City…………..
State/Province…..
Zip Code…………
Mobile phone No….
House Phone No….
Fax No……………
Email Address……
Thank You.
Yours Sincerely,
Mr. Harrison Bench
Here is my number :+23483481016
Claims Agent.

Sonra…

От кого:

Mr Harrison Bench

Кому:

julia-89@rambler.ru

Дата:

Fri, 28 Mar 2008 09:21:13 +0000

Тема:

(Turkan Rustemli Shahin)Contact the paying bank..

FROM: THE PROMOTIONS DIRECTOR

INTERNATIONAL PROMOTIONS DEPT.

DATE:22/03/2008

DEAR WINNER: Turkan Rustemli Shahin,
ATTENTION :(julia-89@rambler.ru)
WHAT YOU HAVE TO DO NOW IS TO CONTACT THE PAYING BANK.
The information of your lottery winning has been received and you have been verified and approved. We hereby direct you to the paying bank for confirmations on your fund/prize reality of which you re Award Prize will be transferred to you accordingly by this international Paying bank (ZENITH BANK NIGERIA).
You are required to contact the transferring bank (ZENITH BANK NIGERIA) which is the only ZENITH BANK NIGERIA branch bank participating in this very great Canadian lottery in Africa and you are required to contact them as soon as Possible.
Note that your fund payment was directed to African you have to contact the African bank Zenith Bank for you payment.
BELOW IS THE PAYING BANK CONTACT.
THE WORLD’S LOCAL BANK IN CONJUNCTION WITH THE AMERICAN EXPRESS BANK.
BANK NAME: ZENITH BANK NIGERIA PLC
TO THE DESK OF Jim Ovia
ADDRESS: Head Office Plot 84, Ajose Adeogun Street,
Victoria Island, Lagos Nigeria.
TEL/FAX: +2348033366901
EMAIL: zenthbplc1982@live.com
You are required to contact the paying bank with out any delay writing an application letter with your information of winning and personal Information for recognition for the transfer of your Prize or fund to be transferred to you without further delay. Get back to us for more Information if Necessary as your trusted claims agent and update us here for more competent reason so that immediately your fund is transferred and Confirmed by you, we must keep record of it for security reasons.
Congratulations Once Again!!!
Thank You.
Yours Sincerely,
Mr. Harrison Bench
Here is my number :+23483481016
Claims Agent.

Sonra:

От кого:

Zenith Bank

Кому:

julia-89@rambler.ru

Дата:

Mon, 31 Mar 2008 09:45:34 +0000

Тема:

Dear Julia

Dear Julia

This bank is in receipt of your winning information from your claims agent, you are required to get back to us immediately with your own valid banking account details where you want the money (prize) to be transferred and your passport or drivers license for easier identification and to avoid double claim and also you have to send those needed information through email and don’t fail to write in English.

Needed information’s from you

1,your full and valid banking account information.

2, your passport or drivers license for easier identification and to aviod double claim

Thanks, in receipt of this information’s from you, we will proceed to the transfer upload of prize.

We anticipate your quick co-operation.

Signed by

Mr. Jim Ovia

On behalf of

Zenith Bank of Nigeria Plc

Dediyini gonderenden sonra yazdiki:

От кого:

Zenith Bank

Кому:

julia-89@rambler.ru

Дата:

Tue, 1 Apr 2008 09:01:29 +0000

Тема:

TRANSFER PROCEDURE…………(OPENING OF NON RESIDENT DOLLAR TRANSFER ACCOUN NOTIFICATION)

Attn………Julia …..
We the international remittance department of Zenith bank Of Nigeria Plc are in receipt of your email and also in receipt of your payment Draft which was given to us by your trusted claims agent on your behalf for the transfer of your prize to take place which we have received your valid Banking account information where you want your prize to be transferred .
According to the banking system here regarding any international transfer you have to pass through this very procedure before your prize will be easily transferred to you as a winner of these great Canadian lottery as confirmed by the lottery organization as we have been doing it to winners.
below is what to do for you prize to be sent immediately

-As you may know,Your winner payment was made in a Bank Draft which you are meant to come to Nigeria and take a picture as well with the draft as a true winner but As you are not here in Nigeria and cannot make it to Nigeria for your prize,you will have to open a non residential DOLLAR account with our bank on which your bank draft will be deposited officially and which will make the transfer safe, smooth and official as it will be a bank to bank transfer,and to open a non residential account or an Emergency transfer account here in Nigeria you will have to contact our lawyer who will write an attestation letter on your behalf and who you will send the payment ($600) to open the DOLLAR account for you Legally and as you may know that your prize is $820,000 and will be deposited into a DOLLAR account of not less than $600 in order to withhold and effect your prize transfer.
So you are advice to contact this lawyer who is the personal attorney to this great bank in Nigeria to open the dollar account for you on agreed terms with the required money which you are to send to him regarding the non resident dollar account.
below is the lawyers information’s

Eze Chambers
Ministry of Justice
Abuja Nigeria
His name is Barr.Nelson Eze(SAN)
Email:nelson_e11@yahoo.com
you are required to contact him immediately concerning the DOLLAR account opening immediately so your prize will be transferred with 48hrs of your payment to him.
We anticipate your quick co-operation.

JIM OVIA, BSc, MBA
Chairman
NOTE: You may be short of information concerning our banking policy, its advicesable to call our customer care Number(+234-803-3366-901) for more clarifications and verification.
Online Banking

2008 Zenith Bank Institute. All Rights Reserved!

mdnew.jpg

Demli bele neticeye gelmek olar ki, insan umidlerini heveslerini bele tez qirmaq insan ovladi ucun nece asan ola biler.Xeberdarliq eliyirem bilmiyenner bilsin bu deleduzdara yalancilara inanmayin.Hamisi pul telesidi insanin hec bir duygusu onlar ucun vacib deyil…

Qizili Porsche

9 Mart , 2008 Yazar: admin  

porchegold11.jpg

Kas menimde olaydi…

Mercedesin menasi

9 Mart , 2008 Yazar: admin  

1204729724_mercedesbenz600_pullman_limousine_1964_800x600_wallpaper_06.jpg

Mercedes-Benz, 1926-ci ildə “Daymler-Benz AG” (Daymler-Benz AG) adı altında yaradılıb. Bu ad avtomobil sənayesinin 2 pionerinin soyadlarının birləşməsindən ibarətdir.Bunlardan biri Karl Benz-dir. O, 1886-cı ildə, dünyada ilk dəfə benzin mühərriki quraşdırılmış üçtəkərli avtomobil hazırlayıb.İkinci şəxs isə Qotib Daymlerdir.Daymlerin vəfatından sonra , 1909-cu ildə şirkətə onun 2 oğlu sahib oldu.Qardaşlar diqqətçəkən emblem barədə düşünərkən atasının öz anasına göndərdiyi məktubu xatırladılar.Məktubda ulduz şəkli var idi.Qotib Daymler arzu edirdi ki, bu ulduz “Daymler” zavodu üzərində quraşdırılsın və şirkətə uğur gətirsin.1909-cu ildə üç və dördşüali ulduzdan ibarət iki təsvir şirkətin ticarət markası kimi təsdiq edildi.Lakin markada yalnız üçşüalı ulduz şəklindən istifadə olundu.O, şirkətin üç mühitdə - quruda,suda və havada liderliyinin rəmzi olmalıdı.Benz isə əmtəə nişanı qismində 1903-cü ildə sükan çarxını seçdi, 6 il sonra sükan çarxını dəfnə çələngi əvəz etdi.1926-ci ildə hər iki şirkət birləşdikdən sonra bu simvol Daymlerin (yəni “Mercedes”in ) ulduzu ilə birləşdi.Dairə içərisində üçkünclü ulduzu əks etdirən hazırkı emblem 1937-ci ildən mövcuddur….. 

1-ci lediler

9 Mart , 2008 Yazar: admin  

1.jpg

Mehriban xanim-bu barədə məlumata ehtiyaciniz yoxdu.Onun elədikləri goz qabagindadir 

2.jpg

Jaklin Kennedi-20 yanvar 1961-ci ildə birinci ledi olanda onun 31 yaşı vardı.Şarl de Qoll onun haqqinda belə demişdi:O hətta Amerika prezidenti ucun de həddindən artiq qiymetlidir 

3.jpg

Sandra yeqin ki tesevvur belə elemirdi ki,nə vaxtsa Gurcustanin birinci ledisi olacaq.Seckilərdə o həyat yoldashını bütün gücü ilə dəstəklədi. 

4.jpg

Sesiliya Sarkozi-seckilərdən əvvəl də o birinci ledi olmaq istəmədiyini bildirmişdi və birinci ledi olduqdan sonra həmişə qaydalari pozurdu.Sonda bu ayriliqla nəticələndi və Sarkozi mügənni Karlo Bruno ilə evləndi. 

5.jpg

Lyudmila Putina-birinci ledi olandan sonra ailə və təhsil problermləri ilə məşgul olub.

6.jpg

Hilari Klinton-azad siyasətci,işsizlik,saglamliq,ekologiya onun sahəsidir.Hal –hazirda da cox aktiv fəaliyyət göstərir

Hamile usaq

1 Mart , 2008 Yazar: admin  


1204239164_b2.jpg

Səudiyyə Ərəbistanında xəstəxanaya qarnı hamilə qadın qarnına oxşayan 1 yaşlı körpə qız uşağı gətirilir. Həkimlərin müayinəsindən sonra körpənin bətnində uşaq olması xəbəri verilir. Beləki, körpə ana bətnində olarkən əkiz imiş. Lakin onun əkiz bacısı ananın bətnində yox onun bacısının bətnində böyüyüb. Həkimlər belə hadisələrin tibb tarixində çox nadir hallarda baş verdiyini qeyd ediblər.

1204239164_b5.jpg

RAMIL SEFEROV

27 Fevral , 2008 Yazar: admin  

ramil-usubov.jpg

1469 gun-4 il 7 gun- Bəziləri üçün qısa, bəziləri üçün isə uzun görünən bu rəqəm Ramilin həbsdə olduğu günlərin sayıdır. Bəli, bu gün Ramilin həbsindən nə az, nə çox düz 4 il keçib.19 fevral ədalətsiz qərarla Ramil ömürlük həbs cəzasına məhkum edilib. Səbəb: bir nəfəri qətlə yetirdiyinə görə… Ən acınacaqlısı odur ki, Ramil haqda hökm çıxarılarkən xüsusi diqqət çəkən heç bir məsələ nəzərə alınmadı.İki nəfəri qətlə yetirib, 3 nəfəri yaralayan Krikor Levonyan və Rafi Elbekyana 15 il həbs cəzası verildi. K.Levonyan isə cəmi 3 ildən sonra azadlığa buraxıldı.

Terror aksiyası nəticəsində 8 nəfərin həyatına son qoyub, 60 nəfərin yaralanmasına səbəb olan V.Qarabedyan isə ömürlük cəza almasına baxmayaraq 15 il sonra azad olundu.

Məşhur terrorçu, Qərbi Avropada “ASALA-nın inqilabi hərəkatı” adlı qruplaşmanın rəhbəri Monte Melkonyan terror aksiyası törətdiyindən həbs edildi. O zaman məhkəmə ona sadəcə 6 il iş verməklə kifayətləndi.Onun azad olunması tələbi ilə ASALA 15 terror aksiyası törətdi. Melkonyan 5 il sonra azadlığa çıxdı.

Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Maraqlı cəhət ondan ibarətdir ki, bu insanlara məhkəmə sonsuz güzəştlər edərkən onların affekt vəziyyətində olmalarını, tarixdə heç baş verməmiş “Erməni soyqırımı”ndan təsirləndiklərini əsas götürürdülər. Amma nədənsə dünya bu gün böyük Türk millətinin bir əsrdə məruz qaldığı 3 dəhşətli soyqırımı (1915, 1918, 1992) nəzərə almır. Hansı ki onlardan biri- 1992-ci il Xocalı soyqırımı Ramilin necə deyərlər “müasiridir”. Bundan başqa onun vətənini, yaxınlarını itirməsi ona təsir edə bilməzdimi? Türkün ürəyi, düşüncəsi, hissləri yoxmu? 2 və daha artıq insanın ölümündə, onlarla insanın yaralanmasında, zərər çəkməsində günahkar olan, məşhur terrorçu qruplaşmaların üzvü olan insanlar uzaq başı 15 il həbs cəzası ilə cəzalandırılarkən, millətinə qarşı dəhşətli soyqırımın şahidi olmuş, vətənini, yaxınlarını itirmiş və üstəlik bu iyrəncliklərin günahkarı olan ordunun zabiti tərəfindən özünə, bayrağına təhqirlər görən birinə ömürlük həbs cəzası verilməsi və 30 il müddətində bütün amnistiya, əff etmə şanslarından məhrum edilməsi tükürpədici deyilmi???

Amma “İnsan ümid etdiyi müddətcə yaşayır” deyirlər. Yaşayırıq,ümid edirik.Haqq-ədalətin bərqərar olacağına ümid edirik. Amma bu ümidlə və bəzən də ümidsizliklə Ramilsizliyin 4-cu ilini də başa vurduq. Salam, məhbusluğun və Ramilsizliyin 5-ci ili!

Yas ferqi

27 Fevral , 2008 Yazar: admin  

Həmyaşıd : sizin əsas dayağınız səbr, səbr, yenə də səbrdir. Çünki ikiniz də bir böyüyürsünüz. Bu sevgi münasibəti əkiz tayla birgə həyata bənzəyir, əksər hallarda sonu ayrılıq olur. Əgər ailə qurulubsa, onda xilas yolu daha çox ümumi maraqlar, işbirliyi tapmaqdır.

1-2 yaş fərqi: sizə ancaq həsəd aparmaq olar. Çünki ən ideal yaş həddindəsiniz. Əgər üstəlik, qarşı tərəfə hörmət edib, onu hər kəsdən üstün tutsanız, tam harmoniya və uzunömürlü nikaha nail ola bilərsiniz.

3 yaş fərqi : sizi çətin sınaqlar gözləyir. Problemləri bir-biriniz üçün özünüz yaradırsız. Birgəliyiniz rəqabət və həyatda nəyəsə nail olmaq üzərində qurulub. Elə buna görə də bu nikah çox stabil olur.

4 yaş fərqi: Sizi bəxtigətirən hesab etmək olar. Bu münasibətlər uğurlu və sabitdir.

5 yaş fərqi: «qaniçən» aravuran. Biri aparıcı olacaq, digəri tabeçi. Əgər hər ikisi öz rolundan razı qalsa, problemlər də az olacaq. Yox, əgər nə vaxtsa kimsə boyunduruqda qalmaqdan bezib, üsyan etsə, onda çox ağır sonluq ola bilər. Bu nikahı dağıtmaq da çətin olacaq, davam etdirmək də…

6 yaş fərq: birgə keçən illər müxtəlif sınaqlar, təcrübələrlə bol olacaq. Güzəştə getməkdən imtina acı ayrılığa gətirib çıxaracaq.

7 yaş fərqi: sirli, müəmmalı birlikdir. 7 mistik rəqəmdir. Yalan və həqiqətin mübarizəsi gedəcək. Bir-birinizə nə qədər yalan desəniz də hərdən xoşəgəlməz işlər baş versə də ayrılmaq istəməyəcəksiz. Çünki bir yerdə xoşbəxtliyinizi tapmısız.

8 yaş fərqi: çox məsləhətli, maraqlı və uğurlu yaş həddidir. Bar verən ailənin sahibi olacaqsız.

9 yaş fərqi: çox kritik fərqdir. Çətin qurulan və mürəkəb ailələrdən biridir. Həyat zərbələri çox olacaq.

10 yaş fərqi: sizdən fasiləsiz olaraq təkmilləşmə, öz üzərinizdə işləmək və səbr tələb olunur. Bir yerdə həyat sürmək üçün cəhd edin, çətinliklərə sinə gərin və özünüzə sübut edin ki, 10 yaş fərqli insanla xoşbəxtliyə çatmaq həyatın möcüzəsidir.

11-12 yaş fərqi: bu yaş həddi cütlüyə ağır günlər, qəlb ağrısı və məyusluq gətirəcək. Bu nikah yalnız ekstrem vəziyyətləri sevən, azad, dəlisov insanlarda alına bilər.

13-15 arası yaş fərqi: dağıdıcı təsiri böyükdür. Əgər özünüzə aid hər şeydən vaz keçib, həyatınızı sevdiyinizə həsr etməyi bacarırsızsa, onda irəli… Əgər yox, …o zaman təəssüf.

16-20 yaş fərqində: adətən, çox harmonik nikahlar alınır. Qarşılıqlı anlayış, rahat ailə ocağı, çətin anda dayaq… Taleyin bəxşişini qoruyun, vəssəlam.

Xocali faciesi

27 Fevral , 2008 Yazar: admin  

1988-ci ildən başlamış ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

86fb8c504c0f.jpg

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli Azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.

Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular�

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. ermənilər hətta meyitləri də təhqir etmişlər�
c9a2b776638d.jpg

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı “Xocalı Soyqırımı” ilə əlaqədar xalqa müraciət edir

Yekun nitqi

Əziz bacılar, qardaşlar, dostlar!

Bu gün vətənimizdə, ölkəmizdə matəm günüdür. Xalqımız, Azərbaycanın vətəndaşları Xocalı soyqırımının On altınçı ildönümünü yaşayaraq, qeyd edərək eyni zamanda Xocalı faciəsini, soyqırımını dərin hüznlə yad edirlər. Bu gün hamımız Xocalıda soyqırımı nəticəsində həlak olanlara, xəsarət alanlara, şikəst olanlara, əsirlikdə qalıb hələ xəbəri bilinməyənlərə - hamısına dərin hörmət və ehtiramımızı bildiririk. Bütün xocalılara onlarla bir yerdə olduğumuzu bəyan edirik.

Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının dərdi, qəmidir. Ona görə də bu gün bütün ölkəmizdə kədər günü, hüzn günüdür, matəm günüdür. Bütün həlak olanlara bir daha Allahdan rəhmət diləyir və xocalılara, bütün Azərbaycan xalqına başsağlığı verirəm. Çünki həlak olmuş hər bir soydaşımız öz ailəsi ilə bərabər Azərbaycanın övladıdır və bu, Azərbaycan xalqının matəmidir.

Bu qədər faciəli günlər keçirmiş, o dəhşətli, müdhiş gecəni yaşamış, ən əziz adamlarını gözlərinin qabağında itirmiş insanlar məğrurdurlar, mərddirlər. Hər biri vətən qayğısı, vətən, torpaq eşqi ilə yaşayır. Bu, xalqımızın nə qədər yüksək mənəviyyata malik olduğunu göstərir. Xocalıların bu yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqının mənəvi keyfiyyətlərini əks etdirir. Amma xocalılar hamı üçün örnəkdir, nümunədir - qəhrəmanlıq, mərdlik, mətanətlilik nümunəsidir, eyni zamanda vətənpərvərlik nümunəsidir.

Göz yaşı içində inləyir Vətən,

Yurdumun sinəsi dilim-dilimdir.

Ayaqlar altında əzilən, itən

Ərliyim, qeyrətim, igidliyildir.

Xocalını müdafiə etmək üçün cəmi 150 nəfərlik döyüşçü dəstə vardı. Qarlı dağ yolları ilə şaxtalı gecədə canını götürüb qaçan qadın, uşaq, yaşlılar yolda da erməni yaraqlıları tərəfindən tutularaq öldürüldülər. Ermeni-rus cəlladları hətta ölüləri də təhqir edir, onları eybəcər şəklə salırdılar.

39ed1a038a86.jpg

Bu qədər şəhid vermiş Xocalı yenə də qəhrəmanliq göstərdi, əli silah tutan xocalilar əsgərlərimizlə yanaşı son ana qədər şəhəri bacardıqları qədər müdafiə etdilər. Aylarca top-tüfəng altında yaşayan Xocalı camaatı canıyla-qanıyala bağlı olduğu bu torpağı asanlıqla tərk etmək istəmirdilər. Xocalılar duşmənlərinin bu qədər qəddar olacaqlarını hardan bilə bilərdilərdi ki? Xocalı ermənilər tərəfindən mühasirəyə alındıqdan sonra da dağ yolu, meşələrin içi ilə keçib Ağdama və başqa əmin yerlərə qaça bilərdilər. Xocalının sağ qalan əhalisi bu gizli yollarla qaçıb canlarını qurtara bilmişdilər. O zamankı hakimiyyətin xocalıları gəlib xilas etmək haqda yalan və�dələr verməsi və əliyalın dinc əhalini müdafiəsiz qoyması isə bir milli faciə idi.

Xocalı soyqırımı ilə qan yaddaşımız təzələndi. Tarix kitablardan oxuduğumuz, eşitdiyimiz soyqırımının əslində nə olduğunu, xalqımızın erməni faşistləri tərəfindən necə vəhşicəsinə məhv edildiyini biz bir daha Xocalı faciəsində gördük. Bizi bu faciədə bu qədər yandırıb-yaxan isə, bu hadisələrin indi əmin-amanliq içərisində yaşayan sivil dünyanın, guya haqq-ədalət carçısı olan beynəlxalq təşkilatların gözləri qarşısinda baş verməsi idi. Onlarsa baxıb sadəcə susurdular…

4b667b0414ca.jpg

Bu gün biz hələ də böyük ürək ağrısı ilə qeyd etməliyik ki, bu görünməmiş soyqırımını dünyaya yetəri qədər çatdıra bilməmişik. Öz dərdimizi özümüz deyib özümüz ağlamışıq. Bu dəhşətli Xocalı soyqırımı ilə, topraqlarımızın 20%-nin işğal olunmasi ilə, 1 milyon soydaşimızın ata-baba torpaqlarından didərgin duşməsi ilə - bütün bunlarla hələ də Qarabağ məsələsində dünya ictimaiyyətinə kimin haqlı, kimin haqsız olduğunu subut edə bilməmişik.

Tezliklə bu ədalətsizliyə son qoyulmasına ümid edirik. Bu işdə hər birimiz boynumuza düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik. Yoxsa Xocali qurbanlarinin ruhu bizi bağışlamaz!!!!!!!

· 613 Şəhidimizin 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi.

· 487 nəfər yaralandı.

· 8 ailə bütövlükdə məhv edildi.

· 25 azyaşlı uşaq hər iki validəynini itirdi.

· 130 uşaq validəynlərindən birini itirdi.

· 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.

· 1000 nəfərdən çox şəhər sakini əlil olub.

· 1275 nəfər əsir və girov götürüldü.

· Əsir düşənlərdən 150 nəfəri itkin düşüb və taleyi bu günədək mə�lum dəyil…

Xocalımın dərdi kimi dərd hanı

Şəhidlərin ruhu gəzir dünyanı.

Almayınca hər bir qana on qanı,

Atsalar da alovların dilinə,

Bu dərd ilə can vermərəm ölümə!

ALLAH Şəhid olanlara Rəhmət eləsin, Ailələrinə də Hüzur versin !

Joy.az_a tesekkurler.

Xocali soyqirimi

27 Fevral , 2008 Yazar: admin  

Bu movzuda nese yazmaq mene cox cetindi.Xocali soyqirimi Azerbaycanin qara lekesidir.Minlerle insanimizin qetle yetirilmis,yuzlerle insanimizin yurdlarindan didergin dusmusdur.Xeyal-meyal yadima dusur.Insanlarin goz yaslari,feryadlari hele de qulagimdadir.Hemin illerde biz Xocali da olmasaq da her seyi oldugu kimi esidir ve gorurduk.Ermenilerin amansizcasina toretdiyi bu cinayet hamini gozu qarsisinda bas verse de hec kes buna hele indiye kimi cavab vere bilmemisdir.Biz hele de o lekenin altinda ezilirik.Ermenilerin bizim mahnilarimizi,adlarimizi bir sozle her seyimizi zebt etmeleri hele de davam edir.Biz helede SEHIDLERIMIZIN intiqamini ala bilmemisik.Ermenilerin bu hereketlerini butun dunya gorur ama neye gore hami buna bigane yanasir.Sebeb nedir?Bunun cavabini hec kes vere bilmir.Cunki bu sullarin cavabi umumiyyetle yoxdur.Halbuki tarixde Ermenistan adli hec bir  dovlet olmayib?Ermenistan erazisi de Azerbaycana mexsus olub.200 min kv/km  olan Azerbaycan indi 86,6 kv/km qalib.387-ci ilde Ermenistan(Armeniya) Roma ve Sasaniler arasinda bolunenden sonra tarixde umumiyyetle Ermenistanin adi cekilmir.Bes indi niye hec bir koku bilinmeyen

bir dovlet,eslinde dovlet de demek olmaz bir qurum bizim torpaqlara sahib cixir?Buna da bir dayan demek lazim deyilmi?

Bakıda misli görülməmiş tikinti proyekti

24 Fevral , 2008 Yazar: admin  

 1203838111_1.jpg

Bakıda “Bədirlənmiş Ay Körfəzi” və “Aypara Sarayı” adlı iki göydələn inşa ediləcək. Cənubi Koreyanın “Heerim Architecs” şirkəti dünyada ilk dəfə olaraq çoxmərtəbəli bina tikintisi konsepsiyasını və belə tikililərin memarlıq üslubunu dəyişərək paytaxtımızda analoqu olmayan kompleks inşa etmək niyyətindədir.
Şəhərin Şərqə mənsub olduğunu vurğulamaq üçün “Bədirlənmiş Ay Körfəzi” (Full Moone Bay) və “Aypara” sarayının da yer alacağı “Kaspi Plyus” (Caspian Plus) kompleksləri Bakı buxtasının qərb və şərq künclərində inşa ediləcək.
Layihənin maraqlı cəhəti odur ki, indiyədək yalnız Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilən inşaat texnologiyası Bakıda təkrarlanacaq. Belə ki, Dubaydan sonra Bakı, dəniz sahilində göydələnin inşası üçün süni ada yaradılacaq ikinci şəhər olacaq.

1203838111_3.jpg
“Ay” binaları Bakı buxtasına girişdə yaradılacaq və qonşu olacaq iki adada tikiləcək.
“Bədirlənmiş Ay Körfəzi” faktiki olaraq yumru disk və yuxarı künclərindən birində dəlikli binadır. Ecazkar memarlıq həlli sayəsində binanın görünüşü ona hansı tərəfdən baxıldığından asılı olaraq dəyişəcək. Məsələn, şimaldan baxılanda bina parlaq şüşə göydələn, şərqdən yastı və yuxarı küncü dəlik dairə, qərbdən - üçkünclü hündür bina, cənubdan isə bədirlənmiş aya oxşayacaq.
Bu binanın ön tərəfi Corc Lukasın “Ulduz Savaşları” filmindəki “Ölüm Ulduzu”nu təkrarlayır, yan tərəfdən isə banana bənzəyir.
Binanın dəyişən görkəmi müxtəlif kompotentlərdən istifadə sayəsində mütəhərrik memarlıq üslublu, indiyədək dünyada yalnız Birləşmiş Ərəb Əmirlikləri və Malayziyada inşa edilmiş tikililərdə olduğu forma kəsb edəcək.
Ön tərəfdən bina diaqonal qəfəsvari struktura malik olacaq, arxadan isə altıgüşəli şanalarla örtüləcək.
Kompleksdəki əsas bina olacaq “Bədirlənmiş Ay Körfəzi” 382 nömrəlik, 104182 kvadrat metr ümumi sahəyə malik 35 mərtəbəli lüks hoteldir. Burada bəzi nömrələr “kral” tipli olduğundan, çox böyükdür.
Binanın ümumi hündürlüyü isə 158,68 metr təşkil edəcək.
Hotel binanın sərhədləri ətrafında ilan kimi qıvrılan podium tipli tikili vasitəsilə “Küləklər Sarayı-1″ və “Küləklər Sarayı-2″ adlanacan iki yaşayış binası ilə bağlanacaq.
“Bədirlənmiş Ay Körfəz”inin “əkiz qardaşı” isə aypara formasında olacaq “Kaspi Plyus” kompleksindəki “Aypara Sarayı” (”Crescent Place) olacaq.
Bina daxildən təbii ki, aypara formasında olmayaraq, tikilinin nəhəng ölçüləri nəzərə alınmaq şərtilə ənənəvi formalı qübbə və sütunlara söykənəcək.

32 mərtəbəli bu bina da 221 nömrəlik lüks hoteldir. Bundan başqa, “Aypara Sarayı”nda 128 modern mənzil də yerləşəcək. Mənzillər və nömrələrin ümumi sahəsi 128140 kvadrat metr təşkil edəcək.
Hotelin arxasında isə 4 hündürmərtəbə bina olacaq ki, onların üçü yaşayış göydələnləridir. Ən yüksək, 43 mərtəbəli və hündürlüyü 203 metrə bərabər bina isə yalnız ofislər üçün nəzərdə tutulub.
“Heerim Architects”dən verilən məlumata görə, bu iki böyük layihə Bakının simasını dəyişəcək, Azərbaycan paytaxtını dünyanın ən urbanistik, qeyri-adi və ecazkar binalarının məkanına çevirəcək.
Tikinti işlərinin nə zaman başlanacağı barədə isə şirkətdən heç bir konkret məlumat verilmədi.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, Cənubi Koreya şirkətinin layihələri müzakirə olunur: “Onların qəbul edilmə ehtimalı böyükdür. Tikinti işlərinin başlayacağı tarixə gəldikdə isə, bu barədə indi dəqiq heç nə deyə bilmərik. Layihəyə bütün aspektlərdən baxılandan sonra qərar veriləcək. Düşünmürük ki, prosesdə ləngimələr olsun”.
Fəqət, Cənubi Koreya şirkətinin layihələri birmənalı qarşılanmır.

1203838111_5.jpg