Ancelina Coli

24 Fevral , 2008 Yazar: admin  

17angelina_ic.jpg

O, hər kəsi şoka salmağı bacarır. Heç vecinə də deyil ki, onu hər hansı hərəkətinə görə sevəcəklər, yoxsa nifrət edəcələr.

Kişilər onun vəhşi gözəlliyindən ötrü dəli-divanədirlər. Amma elə ki, yaxınlaşdılar, dəhşət və qorxuya düşürlər. Qadın və kişiləri eyni dərəcə sevir və hər iki cinslə yatağını paylaşıb. Onun hobbisi bıçaq və ülgüc yığmaqdır. Bədənində 5 çapıq, bıçaq izi və çoxlu döymə var.



ANCELİNA COLİ

AZADLIQ DƏLİSİ VƏHŞİ MƏLƏK

Psixopat uşaq…







Voytlar ailəsində növbəti qalmaqal….Ər, məşhur aktyor Con Voyt arvadı fransız -hind qarışıqlı, az tanınmış aktrisa Marselin Bertrandan ayrılmaq üçün növbəti bəhanələr gətirir. Qadının isə bircə arzusu var: qoy uşaq doğulsun, sonra hara itilirsən, itil.



Nəhayət, 1975-ci ilin 4 iyununda qız uşağı dünyaya gəldi. Valideynlər ona iki ad qoydular ki, qız gələcəkdə asanlıqla incəsənət karyerası qura bilsin. Qızın iri gözlərinə görə onun adını Mələk gözlü - Ancelina Coli qoydular.



Valideynlər sözləşdikləri kimi, Endjinin (Ancelinanın uşaqlıq ləqəbi) 1 yaşı olandan sonra rəsmən boşandılar. Amma Con tez-tez uşaqlarla görüşər, onlara bahalı hədiyyələr alardı.



Endji çox çətin tərbiyə olunan uşaqlar sırasına daxil idi.



O, güzgüyə baxmazdı və öz xarici görünüşünü gizlətmək, qıza bənzəməmək üçün dəridən qabıqdan çıxardı, hətta dırnaqlarını çeynəyərdi ki, uzanmasın.



Hər gün məktəb kandarında əndrəbadi görkəmdə biri görünərdi: qısa, vız və pırtlaşıq, ortası göy, kənarları al-qırmızı rənglənmiş saçlar, qara, dəri gödəkçə və rezin şalvar geyinmiş, ayağında hərbi botik, çanta əvəzinə kürəyində ağır torba, üzü, qolu döyməli…. Onu görən barmağını gicgahına aparıb, fırladar və pıçıldayardı: «Başdan xarab dəli gəldi».



Bu dəli Ancelina idi. O, sinif yoldaşlarının yanından saymazyana keçər, parta arxasında tək oturardı.



«Cadugər, iblis».



Məktəb psixoloqu Endjinin baş-beynini aparardı. «Səndə günah yoxdur, qızım. Boşanmış ailələrdə böyüyən uşaqlara valideyn nəzarəti zəif olduğu üçün onlar tənhalığa meyilli olur və şəxsi həyatlarında uğursuzluqla üzləşirlər».



Endji psixoloqun dediklərini boşa çıxarmaq fikrində deyildi. «Sənin məqsədin nədir, böyüyəndə kim olmaq istəyirsən?» sualına 11 yaşlı Endji cavab verdi: «Dəfn bürosunun sahibi. Mən ölülərdən mumiya düzəltməklə maraqlanıram».



Bir dəfə isə riyaziyyat müəllimi dərs öyrənməyən, elə bütün günü gözünü ona dikib baxan Endjidən soruşur: «Axı sən nə haqda fikirləşirsən?» «Mən sizi necə öldürmək haqda plan qururam. Müəllimə, sizdən əla mumiya çıxar».



Qız o qədər ölüm həvəskarı idi ki, ancaq qara geyinər, təkbaşına qəbiristanlıqda gəzər, hər gün yatmazdan əvvəl «Meyidlərin balzamlaşdırılması texnikası» kitabını oxuyardı. Fikrində belə bir səhnə canlandırardı: o, ölüb və təmtəraqla basdırılır, başının üstündəsə valideynləri ağlaşır.



Dərsdə dəftərlərin arxasında tabut və meyit şəkilləri çəkən Endjiyə təzə ləqəb də qoymuşdular: « Cadugər, iblis».



O bunlara məhəl də vermir və tezliklə özünə bənzər həyat keçirən qotlar və panklar dəstəsinə qoşulur.



Bir axşam 14 yaşlı Endji bir oğlanla qol-boyun evə gəldi. Üz-gözü döyməli, dodağı, burnu sırğalı, saçı göy gənci anasına təqdim etdi: «Ana, bilirsən, bundan sonra biz birgə qalacağıq». Cavab gözləmədən oğlanın əlindən tutub, öz kiçik otağına qalxdı və onlar düz 2 il bu otaqda yaşadılar. Gecələr qızının otağından gələn hay-həşirə şahid olan ana ümidini üzdü. «Mənim qızım artıq uşaq deyil.O, çoxdan böyüyüb».



İlk boy-frendi ilə keçən günləri Ancelina belə xatırlayır: «O, mənim həyatımın ilk kişisi idi. Düzü, bu münasibətdən gözlədiyimi ala bilmirdim. Çünki mənim kimi çılğın deyildi. Bir dəfə ehtirasın elə zirvəsindəydim ki, yataqda bıçaqla qolumu kəsdim. O da qanı görüb həvəsləndi və qolunu çərtdi. Biz qanın içindəydik və bundan böyük zövq aldıq».




Mən kinoya atama görə gəldim.

Ancelina ilk debütünü 7 yaşında atası ilə birgə çəkildiyi «Çıxış yolu» filmində etdi. 11 yaşında Teatr institutunda kursa yazılır. 12 yaşında ikən atasını «Oskar» mərasimində müşayiət edir. Bir dəfə «Oskar» alan aktyorlardan biri ona heykəlciyi saxlamağa verəndə almadı: «yox, istəmirəm. Mənim öz «Oskarım» olacaq».

Endji aktrisalığı atasının diqqətini çəkmək və onun davamçısı olmaq üçün seçmişdi. «Kinoya çəkilirdim ki, atamla danışmağa ümumi mövzum olsun».

Döyməli qızılgül

16 yaşından evi və ailəni tərk edən Coli çox ağır və ötəri gənclik həyatı keçirir. Bir günsə o adam kimi işləyib, pul qazanmaq qərarına gəlir və fotomodel biznesinə qoşulur. Bu vəhşi naturaya tələbat gözlədiyindən də çox oldu. Model dünyasında onun ləqəbi «Döyməli vəhşi qızılgül» idi.

Onun günü yalnız içki, siqaret, narkotika, gecə əyləncəsi, ötəri intim, özü də kütləvi intim səhnələri, rokn-roll, qotlar klubundan ibarət idi.

Bu illər bəlkə də Ancelina özü-özünü məhv edəcəkdi, əgər qarşısına Conni çıxmasaydı. Onlar «Xaker»lər filmində birgə çəkilirdilər. Connini görən kimi Coli düşündü: ona ərə getmək olar. Onları bir-birinə uzun, ehtiraslı gecələr bağladı, sonra isə qeyri-adi toy… 1996-cı ildə Ancelina və Conninin toyu ilin ən səs-küylü düyünü oldu. Gəlin qara rezin şort, üzərinə qan çilənmiş ağ köynək geymişdi. Köynəyin arxasında isə Coli öz qanıyla ərinin adını yazmışdı. «Bizim qanımız nikahımızı daha möhkəm edəcək»-deyə Endji izah etdi. . Üzüktaxma mərasimində isə hər ikisi barmağının ucunu çərtib, qanlarını birləşdirdilər. Lakin Colinin fikirləşdiyi kimi olmadı. Qanla bağlanmış nikah cəmi 2 il çəkdi.

«Günah məndə idi. Mən pis arvadam. Yemək hazırlaya bilmirəm, mənə toxunmağı xoşlamıram. Elə hey əmr edirəm»- deyə, Coli etiraf etdi.

Əslində, hər şey başqa cür olmuşdu.

1998-ci ildə Coli «Cia» filmində baş rola çəkilir. Onun qəhrəmanı 70-ci illərin məşhur homoseksualist modeli, AİDS-ə yoluxub, vəfat edən Cia Karanci idi. Ancelina bu filmdə çox açıq və vulqar səhnələrə çəkilir. «Mən dəhşətə gəlmişdim. Cia necə də mənə oxşayır. O da mənim kimi hər şeyini paylaşırdı. Mən onunla birgə nəfəs aldım, birgə də öldüm»…

Coli bu rolda özü-özünü oynayırdı. Hər gecə o, ərinə zəng edər, ağlayar və yalvarardı: «Con, gəl yanıma, məni tək qoyma». Con isə onu sakitləşdirərdi: «Özünə gəl, rahat ol, balam. Bu sadəcə, işdir, kinodur».

Filmin sonunda Cianın ölüm səhnəsini oynayan Ancelina içində nəyinsə qırıldığını və ruhunun öldüyünü hiss etdi.

Bir günsə Con evə gələndə güzgünün üstündə Colinin yazdığı bu sözləri görür:

« Əzizim, mən Cia ilə getdim. Əlvida!» Con dəlisov arvadının bu hərəkətinə ancaq əlini yellədi, səhəri isə dostlarına belə bir xəbər yaydı: Coli təzəcə tanış olduğu bir qadına qoşulub qaçıb.

Cinsdə toy…

Coli isə hər şeyi, hətta kinonu da atıb, tanımadığı Nyu-York şəhərinə gedir və Kino institutuna daxil olur. Amma bir gün… «Uçuşu idarə edərkən» filminin çəkiliş meydançasında aktyor Billi Bob Torontonu görən kimi elə bil yer ayağının altından qaçdı. Qızın halsızlaşdığını görən Billi soruşdu: «Özünüzü pis hiss edirsiz?». «Yox… Hər şey əladır. Amma bayaq elə bildim ki, ölürəm».

Bütün çəkiliş günü Coli elə bil yuxudaydı. Gözləri ancaq Billini axtarırdı, kişinin diqqətini çəkmək üçün əldən gedirdi. Axşam meydan boşaldı. Coli pilləkənlərdə oturmuşdu. Evə gedən Bill ayaq saxladı. Qızın rəngi qaçmışdı. «Ance, burda neynirsən?». «Gedək mənimlə»- deyə Coli Bobun əlindən tutdu. Bu toxunuş hər şeyi unutdurdu: Colinin ondan 20 yaş kiçik olmasını da, evdə onu gözləyən nişanlısı Loranı da…

3 ay sonra, 20 may 2000-ci ildə Billinin rəsmi nişanlısı Lora səhər qəzetini əlinə alanda dəhşətə gəldi: « Dünən günorta Ancelina Coli və Billi Toronton gizli şəkildə nikah kəsdiriblər. Qonaqaları 2 şahiddən ibarət olan toy cəmi 20 dəqiqə çəkib. Gəlinlə bəy cins şalvarda və sviterdə olublar. Onlar üzük əvəzinə bir-birilərinin boynundan qanlarının yığıldığı kiçik şüşələri asıblar».
17brad_ic.jpg
 

Kambociya və ilk övlad….



«Lara Kroft- sərdabələr oğrusu» filminin çəkilişləri üçün Ancelina Kambociyaya gedir. Məhz bu ölkənin səfil, cansız və isti küçələrində o, aclığın və ölümün nə demək olduğunu anlayır. O, həyatının necə böyük boşluq içində olduğunu hiss edir. Və Coli Amerikaya qucağında 9 aylıq kambociyalı Madoksla qayıdır. Bu oğlan onun övladlığa götürdüyü ilk uşaq idi.



Billi əvvəlcə heç nə demədi: «Əgər istəyirsənsə, gəl sınayaq». «Yox, əzizim, bunu sən sınayacaqsan, mənsə yaşayacağam».



Ancelina «Cazibə» filminə çəkilərkən Billi evdə uşaq altı təmizləyər, gecələr laylay deyərdi. Elə həmin gecə sərbəstlik sevən Billi qərara gəldi: «O, bu vəziyyətlə barışa bilməz. Bu həyat onluq deyil».



Çəkilişi bitən Coli Billin durumundan hər şeyi anladı. Uşağı və çemodanı qoltuğuna vurub, 2 il birgə yaşadığı ərinin mənzilini tərk etdi.

17ab_ic.jpg

Ayrılmaz cütlük.



O tək idi və ötəri sevişmələri çıxsaq, həyatında ciddi bir kişi yox idi. «Mən bundan sonra Madoksu atıb gedəcək kişi ilə birgə ola bilmərəm».



Amma tezliklə tale onun qarşısına özü kimi uşaqsevər birini çıxartdı. Bu, dünyaşöhrətli gözəl aktyor Bred Pitt idi.



Cəmiyyət tərəfindən Cenifer Enistonun ərini əlindən aldığına görə qınanan Ancelina bu fikirlə heç vəchlə razılaşmır:



«Mən Bred üçün açıq qəlblə, içdən bir söhbət edəcək insan oldum. Kiminsə ərini əlindən almaq mənlik deyil. Əgər belə olsaydı, mən özümü bağışlamazdım. Onların arasında sevgi mən olmamışdan bitmişdi. Mən qəlbən tənha kişi ilə ailə qurmuşam».



2005-ci ildə Coli və Pitt daha bir afrikalı qızı- Zaxaranı övladlığa götürdülər. 2006-cı ilin 27 mayında isə Coli və Pitin doğma övladı, qızı Şila dünyaya gəldi. İndi bu cütlük başlarını aşağı salıb, çəkilişləri və bir də övladlarını böyütməklə məşğuldurlar. Onlar uşaqlar üçün dayə belə tutmayıblar. Heç kimdən çəkinmədən uşaqlarını yedizdirir, geyindirir, gəzdirirlər. Bəlkə bununla onlar bir az pulu olan kimi övladlarına baxıcı götürən ailələrə örnək olmaq istəyirlər.

 Xeber Atv_Maqazin jurnalindan alinmadi.Cox sag olsun.

Nyuton Dünyanın sonunun 2060 cı ilə proqnozlaşdırıbmış!

24 Fevral , 2008 Yazar: admin  

3decf937875f.jpg

08d78d224bb9.jpg

 Bibliya kitablarını nəzərdən keçirən alim belə qərara gəlmişdir ki, Dünyanın sonuna az qalıb. Daha dəqiq desək, Frank impresiyasının yaranmasından 1260 il sonra Dünyanın sonu çatacaq. Frank impersiyası isə 800 cü ildə yaranıb. Bu haqda hal hazırda Yerusəlimdə sərgiyə qoyulmuş, 1704 cü ildə Nyuton tərəfindən yazılmış məktubda oxumaq olar. Bu şəkil isə həmin məktubdur.

Çində qorxu filmlərinə qadağa qoyulub

24 Fevral , 2008 Yazar: admin  

1203229014_1203008934_ujas.jpg

 

 

Hökumət hazırda satışda olan dəhşət filmlərinin dərhal yığışdırılması barədə göstəriş verib

Çin hakimiyyəti dəhşət filmləri janrına aid audio və video məhsulların satışına qadağa tətbiq edir. Bu barədə göstəriş Çin Xalq Respublikasının mətbuat və çap məsələləri üzrə dövlət idarəsi tərəfindən verilib. Bu addım uşaq və yeniyetmələrin psixoloji inkişafının müdafiəsinə yönəlib.

Göstərişdə o da deyilir ki, satışda olan dəhşətli filmlər dərhal yığışdırılmalıdır. Çində zorakılıq və terror ehtiva edən nəşrlərə qarşı mübarizə hələ 2006-cı ilin aprelindən başlanıb. O vaxt müxtəlif zorakı ölüm yollarının göstərildiyi «Ölümcül məktublar» Yaponiya komiksi ölkə hakimiyyətinin tənqidi ilə üzləşmişdi. Elə həmin vaxtdan başlayaraq, Çində ədəbsiz məzmunlu audio və video məhsulların istehsalı və yayılmasına qarşı mübarizəyə başlanılıb.


Ucan otel

24 Fevral , 2008 Yazar: admin  

90l6i6h7mtuh7uqf020a.jpg

Manned Cloud - bu uçan otel səyahət etməyi sevənlərə 3 günlük hava səyahəti etmək imkanı verəcək. Uçan oteldə 40 nəfər sifarişçi və 15 nəfər ekipaj üzvü uça biləcək. Birinci mərtəbənin sahəsi 500 kv.m-dir. Burada kitabxana, idman zalı, restoran və “ümümi qonaq otağı” kimi bir otaqda olacaq. 100 kv.m-dən çox olmayan ikinci mərtəbədə isə ikinəfərlik 20 nömrə və bar da olacaq.

Hələki bu ucuşun nə vaxt baş verəcəyi və qiymətin nə qədər olacağı bilinmir.

Dünyanın ən bahalı brilliantı

24 Fevral , 2008 Yazar: admin  

1203671035_117301.jpg

1203671035_217221.jpg

1203671035_buuu.jpg

101.27 karatlıq bu brilliant son 20 ildə satışa çıxarılacaq ən iri brilliantdır. Bu ilin 28 may tarixində Honqkonqda Christie’s auksionunda satışa çıxarılacaq. Bu ideal brilliantın start qiyməti 6 milyon dollar olacaq.

Ermənilər yenə Ramilin başına pul qoydular.

23 Fevral , 2008 Yazar: admin  

lx2kv0rbb8kz9gzpaci4.jpg

Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyevin sözlərinə görə ermənilər R.Səfərovun başına 500 min dollar pul qoyublar: «Bunu ermənilər özləri bəyan ediblər. Deməli, ermənilər bütün imkanlardan yararlanıb onun aradan götürülməsi planını həyata keçirməyə cəhd edəcəklər. Bunun qarşısını almaq, eyni zamanda Ramil Səfərovun bütövlükdə Budapeşt həbsxanasında saxlanma şəraitini nəzarətdə saxlamaq ən vacib məsələdir

Mən mətbuatı bu məsələdə təmkinli olmağa çağırıram. Bu, bizim üçün çox önəmli məsələdir. Ramil Səfərovun təhlükəsizliyinin təmin olunması da çox önəmli mərhələdir və artıq bunun vaxtı çatıb. Bizim qarşımızda duran ən mühim məsələ budur».

Gelin biz de Ramile destek olaq…

Avstriyada məscid və minarələrə qadağa qoyulub

23 Fevral , 2008 Yazar: admin  

 1203534135_1203007807_mescid_13_01_08.jpg

Avstriyanın cənubunda Kearnet Əyalət Məclisi əyalət sərhədləri çərçivəsində məscid və minarə inşa edilməsini qadağan edən qanunu qəbul edib

Avstriyanın cənubunda Kearnet Əyalət Məclisi əyalət sərhədləri çərçivəsində məscid və minarə inşa edilməsini qadağan edən qanunu qəbul edib. ANS PRESS-in CNNtürk-ə istinadən verdiyi xəbərə görə, əyalət bələdiyyəsinin sədri və Avstriyanın Gələcəyi İttifaqı Hərəkatının liderlərindən biri olan Jörg Haider bildirib ki, məscid və minarələrin inşası əyalətin tarixi və təbii memarlıq üslubunu pozduğuna görə qadağan edilib. Haiderin əyalət məclisinə təqdim etdiyi qanun layihəsinə məclis üzvü xristian demokrat yönümlü Xalq Partiyası müsbət yanaşıb, Sosial Demokrat Partiyası isə qanun layihəsinin əleyhinə səs verib.

Haiderin hazırladığı qanunu “sabun köpüyünə” bənzədən Sosial Demokrat Partiyasının əyalət başqanı Gaby Schauning isə bildirib ki, istər bu qanun, istərsə də qanuna görə yaradılacaq xüsusi inşaat komissiyası din azadlığını məhdudlaşdıra bilməyəcək. Haider isə qanunun çox aydın yazıldığını və bundan sonra əyalətdə məscid və ya minarə tikilməsinə icazə verilməyəcəyini söyləyib.
Qeyd edək ki, Haider hələ ötən il Kearnten əyalətində məscidlərin tikilməsinə icazə verməyəcəyini xəbər vermişdi. Kearnten əyalət məclisində bu gün qəbul edilən qanuna qarşı ölkədə əsasən Türkiyə türklərindən ibarət müsəlman təşkilatlarının ədliyyə qurumlarına etiraz edəcəkləri bildirilib.
Biz niye etiraz etmeyek?


Dunyanin 8-ci mocuzesi…

22 Fevral , 2008 Yazar: admin  

weggdl53ddjejyzpa79c.jpg

97s9uzqwvvwk48wo3wl1.jpg

ycfdxw1w5nw5uionlleu.jpg

Dubaydaki Palma sekilli ada dunyanin 8-ci mocuzesi secilib artiq meshurlarin coxu bu adada eve sahibdirler.sag elleri basimiza:)

Porsche-biri de menim olaydi

22 Fevral , 2008 Yazar: admin  

1202219885_techartporsche_cayenne_magnum_2008_800x600_wallpaper_03.jpg

Bir qelbde iki sevgi olmur…

21 Fevral , 2008 Yazar: admin  

 fc645e0cae39.jpg

Onunla bax elə bu saytda tanış olmuşduq. Ilk günləri email yazırdıq bir-birimizə daha sonar MSN-ə keçdik. Hər gün danışırdıq. Günlər keçdikcə dahada bir-birimizə öyrəşirdik. O qədər səmimi idik ki, bir-birimizə istədiyimiz sualları verirdik və səmimidə cavablar verirdik.Günlərimiz bax belə super keçirdi.Sanki internetə bir-birimiz üçün girirdik.O hər gününü mənə serf edirdi, məndə evdə olmadığım anlarda harda internet klub tapsaydım girib baxırdım o MSN-dədirmi deyə.Bax beləcə çox bağlanmışdıq bir-birimizə.İnternet olmuşdu bizi bir-birimizə bağlayan tək vasitə.
Günlər keçdikcə daha çox bağlanırdıq bir-birimizə, o qədər danışırdiq ki, artıq bir-birimizin sevdiyi ve sevmədiyi rəngi, heyvanı, musiqini, geyimi və hər şeyi bilirdik.
Artıq elə bir səviyyəyə gəlmişdik ki, hisslərimizi bildirmək üçün internet bizə kifayət etmirdi. Sevirdik bir-birimizi dəlicəsinə. Sevirdik bir-birimizi görmədən.Onsuz keçən hər saniyəm darıxdırıcı idi mənə hər vaxtımda internetə girib onunla danışmaq arzusu ilə alışıb-yanırdım.
Hər dəfə ona görüşmək təklif etsəmdə o razı olmurdu, çəkinirdi sanki onu əngəlləyyən bir şey vardı.Sanki o buna hazır deyildi.Şəklini belə mənə göndərmirdi.Bu hallar ümidlərimi qırırdı amma bütün bunlara baxmayaq sevirdim onu dəli kimi.
4 ay keçırdı tanışlığımızdan, amma biz sanki 40 ildir tanıyırıq bir-birimizi.Onu 1 anlıq görmək, üzündəki təbəssümü, gözlərindəki sevgini görmək üçün alışıb yanırdım.Hərgün onu necə sevdiyimi artıq görüşməyimizin vaxtı gəldiyini ona dəfələrlə deyirdim.Hər dəfəsində bir bəhanə edən o, artıq özüdə başa düşürdü ki, biz görüşməliyik.
Bir vaxt müəyyən etdik və görüşdük.Onu ilk gördüyümdə inanmamışdım bu qızın o olacağına.Çox gözəl qız idi.Sarışın, mavi gözləri və uzun düz saçları var idi.Bİlmirəm bəlkədə sevgidən idi amma o indiyə qədər gördüyüm ən gözəl qız idi.Ağlımada gəlmirdi ki, internetdə belə gözəl qızlar oturur.
Bir kafedə oturduq uzun-uzun söhbət elədik.O, çox utanırdı, sanki ilk dəfədir məni tanıyır, həyacandan indiyə qədər danışdıqlarımızı belə unutmuşdu.O günü çox gözəl keçirdik və elə o gündəndə mənim üçün doğan günəş ətrafa işiq saçırdı.Onunla hər gün saatlarla telefonla danışırdıq, hərgün görüşürdük, bir birimizə olan sevgimizi saatlarla uşaq kimi bir birimizə danışırdıq.Qanadı olmayan iki mələkdik.Dünyanın ən xoşbəxt insanı idim.Sanki sevgi sözü mənim üçün işlədilirdi.6 ay sevgi dənizində durmadan üzdüm, sevdim sevildim, yaşadım yaşatdım, onunla keçən hər anın bir dünya olduğunu anladım.
Amma ki, o gün gəldi, dünyamı qaraldan gün.və bir gün anladım ki, internetdə tanış olub SEVDİYİM, İLK SEVGİMİ VERDİYİM, İLK SEVGİNİN NE OLDUĞUNU MƏNƏ ÖYRƏDƏN o qızla, görüşdüyüm DÜNYAMI PAYLAŞDIĞIM, QANADSIZ MƏLƏK OLDUĞUM qız aryı-ayrı insanlar imiş.Bunu öyrəndiyim gün ölümün nə olduğunu anladım, bir ürəkdə iki sevginin olmayacağını anladım.
Bunu öyrəndiyimdə görüşdüyüm qıza kobud sözlər deyərək yanımdan qovdum və ona birdə məni axtarmamasını dedim.Üstündən 3 gün keçdi və internetdə danışdığım qız mənə bir email yazdı:
Bilirəm mənə nifrət edirsən, amma hərşeyi biləndən sonar inaniram kı, məni başa düşəcəksən.Mən 1-ci qrup əliləm, sənin anlayacağın dildə şikəstəm.Evdən bayıra çıxmayım və evdə sıxılmayım deyə internetə girirəm və acınacaqlı halımı unutmağa çalışıram.Səninlə tanış olduğum ilk anda sənə bunu demədim, fikirləşməmişdim ki, bir-birimizi sevərik.Amma olan oldu, hər keçən gün daha da qorxurdum bunu sənə söyləməyə, ya bunu eşidib məni atsan, ya mənimlə əlaqəni kəssən neyniyərdim mən.Ona görə sən hər dəfə görüşmək təklif edəndə mən hər dəfə bəhanə edirdim.Çox qorxurdum səni itirəcəyim günün gələcəyindən.Bilirdim ki, birgün görüşməliyik və həmin gündə məni bu halımla qəbul etməyəcəyini.Hər şeyi xalam qızına danışdım.Sənin haqqında bütün bildiklərimi.İstəyridim onu sevəsən onunla bir yerdə olasan, çünki bir dəfəlik itirməkdənsə ən azından xalam qızı ilə olsan sənin haqqında hərgün xəbərim olacaqdı.Xalam qızıda səni mənim qədər çox sevir, inanki səninlə olmaq üçün hərşeyə razıdır. Daha şikət qız olmağım məni üzmür, çünki içimdə ki sevgi mənə qanad verib, digərlərindən fərqli olaraq mən kim üçün ve nə üçün həyatda qalmağı anladım. Səndən son istəyim xalam qızımı sevgi şikəsti eləmə.
Ona son olaraq bu cavabı yazdım: “ Bir ürəkdə iki sevgi olmur” və bir daha da əlaqə saxlamadıq.
Elə o gündən bəri internetdə tanış olduğum heç bir qızla görüşmürəm