Sevgililer Bayraminiz mubarek…
14 Fevral , 2008 Yazar: adminNumunevi SEVGI
13 Fevral , 2008 Yazar: adminYaşlı bir kişi səhər tezdən evindən çıxıb yolla gedərkən bir velosipedlə toqquşur. Qoca müvazinətini itirir və yıxılır. Cüzi də olsa, zədələr aldığı üçün onu yaxınlıqdakı xəstəxanaya aparırlar. Tibb bacıları onun yaralarına dərman qoyub sarıyırlar. Ancaq hər hansı sınıq-çıxığın olub-olmadığına əmin olmaq üçün qocaya bir qədər gözləməsini və rentgendən keçməsini tövsiyə edirlər. Yaşlı kişi isə tələsdiyini əsas gətirərək, buna razı olmur. Qocanın bu tələskənliyi tibb bacılarının diqqətini cəlb edir. Təkidlə bunun səbəbini soruşurlar. Qoca isə bunu belə izah edir: “Həyat yoldaşım qocalar evində qalır. Onunla səhər yeməyi yeməliyəm, gecikmək istəmirəm”. Tibb bacılarından biri: “Hər halda həyat yoldaşınızın intizarda qalmasını istəmirsiniz?” - deyir. Qoca məyus bir halda: “Xeyr, təəssüflər olsun ki, həyat yoldaşımın yaddaşsızlıq xəstəliyi var, o məni tanımır”, - söyləyir. Onun bu cavabı tibb bacılarının marağını daha da artırır: “Madam ki, o sizi tanımır, bəs niyə onunla yemək yemək üçün tələsirsiniz?” Yaşlı adam kövrək bir səslə cavab verir: “O məni tanımasa da, mən ki onun kim olduğunu bilirəm”…
Ders verici hekaye
13 Fevral , 2008 Yazar: adminBabanın stolu
Yaşlı ata 1 müddət oğlu, gəlini və dörd yaşlı nəvəsi ilə qalmağa qərara gəlir.
Ailə hər gün stol arxasına keçərək birlikdə yemək yerirdi. Atanın əlləri əsdiyi üçün tez tez qaşığı yerə salır, gözləri yaxşı görmədiyindən boşqaba və su qabına toxunaraq onları aşırıb sındırır, dişləri olmadığı üçün isə ağzını marçıldadırdı. Bu hərəkətlərdən əsəbləşən gəlin və oğul “Bu nizamsızlığın qarşısını almalıyıq”: deyərək yaşlı ata üçün evin küncündə ayrıca balaca stol açır, şüşə qabları sındırmaması üçün isə ona taxtadan boşqab və fincan verirlər. Beləliklə hər gün ailə stol arxasında nahar edərkən, yaşlı ata evin küncündə ona ayrılmış kiçik stolda tək oturaraq yemək yeyirdi. Ata hər dəfə qaşığı yerə salanda, fincanı aşıranda gəlinin və oğulun iti baxışları ona tərəf yönəlirdi. Ailə üzvləri onun göz yaşlarını görməsin deyə qoca ata başını aşaği salaraq baxışlarını onlardan gizlətməyə çalışırdı. Bunların hamızını isə evdə olan dörd yaşlı nəvə sakitcə seyr edirdi.
Bir axşam şam yeməyindən əvvəl ata körpə uşağının yerdə oyuncaq çəkic və taxta parçaları ilə oynadığını görür və ona yaxınlaşıb başına sığal çəkərək soruşur: “Şəkərim taxta parçalarından nə düzəldirsən?” Yerdə oturmuş körpə başını qaldırıb atasına baxaraq “Ata mən anam və sənin üçün qocalanda şüsə qabları sındırmamaq üçün taxta qablar hazırlayıram” deyə cavab verir. Usağın sözlərindən sanki yuxudan ayılan valideyinlər göz yaşlarını tuta bilmir, ataya qarşı etdikləri hərəkətdən peşman olurlar. Həmin axşam gəlin və oğul yaşlı atanın qollarından tutaraq onu öz stolları arxasına gətirirlər. O gündən bərı ata yenə hər gün butun ailə üzvləri ilə birlikdə stol arxasında nahar edirdi. Onun qabları sındırması, suyu yerə dağıtması və ağzını marçıldatması isə oğul və gəlinini narahat belə etmirdi.
Məhəmməd (s) buyurmuşdur: “Bir şəxs ata anası ondan razı halda sübh edərsə, Allah-taala cənnətin iki qapısını üzünə açacaq. Amma ata və ana övladından gecə-gündüz ərzində narazı olarsa, Allah cəhənnəmin dörd qapısını üzünə açacaqdır”.
bu barede ne deye bilersiz?


